ABŞ İranda qeyri-sabitliyin yaranmasını istəmir, bu, 2011-ci ildə ölkə lideri Müəmmər Qəddafinin öldürülməsindən sonra Liviyada baş verən hadisələrin təkrarlanmasına səbəb ola bilər.
Paraqraf.com-un məlumatına görə, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bunu “Fox News”a müsahibəsində bildirib.
“Biz İran kimi bir ölkəni Obama (ABŞ-nin 44-cü prezidenti -red) administrasiyasının Qəddafinin devrildiyi və heç bir plan olmadığı zaman Liviyada etdiyi kimi qeyri-sabitləşdirmək istəmirik. “Ona görə də, əlbəttə ki, gücümüzdən necə istifadə etdiyimizdə ehtiyatlı olmalıyıq”, – o deyib.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
