Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Sumqayıtda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – FOTOLAR
CƏMİYYƏTMANŞET

Sumqayıtda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

01 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

SUMQAYIT – Qərbi Azərbaycan İcmasının (QAİ) Sumqayıt nümayəndəliyinin təşəbbüsü və Abşeron-Xızı Regional Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) ev sahibliyi ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə, eləcə də Sumqayıt şəhərinin 2025-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən natiqlər 2 Fevral – Azərbaycan Gəncləri Gününün əhəmiyyətindən bəhs edərək bildiriblər ki, bu əlamətdar tarix Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla MDB məkanında ilk dəfə məhz Azərbaycanda təsis olunub. Qeyd edilib ki, Sumqayıtın “Gənclər Paytaxtı” statusuna layiq görülməsi şəhərdə həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin və gənclər üçün yaradılan geniş imkanların bariz nümunəsidir.

Tədbirdə QAİ Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, Abşeron-Xızı Regional GİKM-in direktoru Sevinc Qasımova, QAİ Sumqayıt nümayəndəliyi Gənclər Birliyinin sədri Fuad Məmmədov, SDU-nun müəllimi, Gənc Elçi Gülçin Qasımova, QAİ Sumqayıt nümayəndəliyinin idarə heyətinin üzvü, ziyalı Akif Şahbazov çıxış ediblər.

Natiqlər gənclərin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayaraq, Sumqayıt gənclərinin Qərbi Azərbaycanın – dədə-baba torpaqlarımızın tarixi yaddaşının qorunub yaşadılmasında və “Böyük Qayıdış” ideologiyasının təbliğində mühüm rol oynadıqlarını bildiriblər.

Tədbirin bədii hissəsindən sonra mükafatlandırma mərasimi keçirilib. İctimai fəallığı ilə seçilən, regional layihələrdə və icma fəaliyyətində fərqlənən bir qrup gənc fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın tanınmış riyaziyyatçısı Məmməd Yaqubovun doğum günüdür

Next

67 yaşlı general özünə toy etdi – VİDEO

Copyright 2026— Praqraf.com. All rights reserved