30 yanvar 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının, Xətai Rayon İcra Hakimiyyətinin və SOCAR-ın “Neftqaztikinti” trestinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Pərvanə Vəliyeva Azərbaycan gənclərinin elm, təhsil və innovasiya sahələrində qazandıqları uğurlardan geniş bəhs edib. Deputat bildirib ki, dövlət tərəfindən gənclərin inkişafına yönəlmiş proqram və layihələr ardıcıl və uğurla icra olunur. O, bu siyasətin nəticəsi olaraq Azərbaycan gənclərinin bu gün beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etdiyini, bilik və bacarıqları ilə seçildiyini vurğulayıb.
Pərvanə Vəliyeva çıxışında gənclər üçün yaradılan müasir təhsil imkanlarının, startap və innovativ təşəbbüslərə göstərilən dövlət dəstəyinin onların potensialının üzə çıxarılmasında mühüm rol oynadığını qeyd edib. Deputat gəncləri daim fəal olmağa, bilik və bacarıqlarını artırmağa, dövlətin və cəmiyyətin inkişafında yaxından iştirak etməyə çağırıb, onların ölkənin gələcəyinin əsas təminatçıları olduğunu diqqətə çatdırıb.




![]()
