Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 31
  • İran rejimi “qabıq” dəyişir: Güney Azərbaycanın qəbul etməyəcəyi “B planı”

İran rejimi “qabıq” dəyişir: Güney Azərbaycanın qəbul etməyəcəyi “B planı”

admin 31 Yanvar 2026 6 minutes read
Снимок экрана 2026-01-31 185510
PAYLAŞIN:

İran ətrafında hərbi qarşıdurmanın artması Tehran hakimiyyətinə qarşı müxalifətdə olan başqa bir liderin fəallaşmasına səbəb olub. 

İranın sonuncu Baş naziri və 2010-cu ildə baş vermiş “Yaşıl Hərəkat”ın lideri Mirhüseyn Musəvi yaydığı açıqlamada İslam Respublikası rəhbərliyini tənqid edərək, hakimiyyəti təhvil verməyə və konstitusiya referendumu keçirməyə çağırıb.

Etirazçıların öldürülməsini dəhşətli və qaranlıq hadisə kimi təsvir edən Musəvi əlavə edib:

“Evlər yas içində, küçələr yas içində, şəhərlər yas içindədir”. 15 ildən çoxdur ki, ev dustaqlığında olan Musəvi “Xalq bu dövlət quruluşunu istəmədiyini və sizin yalanlarınıza inanmadığını hansı dillə desin?”,-deyə sual edib. “Hakimiyyətdən çəkilin. İnsanlar artıq sizin yalanlarınıza inanmırlar. Artıq kifayətdir. Oyun bitdi. Zülm sizi bürüyüb!”,-deyə Mirhüseyn Musəvi bəyan edib.

Qeyd edək ki, İranda 2009-cu ildə prezidentliyə namizəd olan Mirhüseyn Musəvi seçkilərin nəticələrinə etiraz olaraq kütləvi etiraz aksiyalarına liderlik edib. O, səsvermənin nəticələrinin ovaxtkı prezident Mahmud Əhmədinejadın xeyrinə saxtalaşdırıldığını bildirib.

“Yaşıl hərəkat”ın məqsədi İranda Qərblə əməkdaşlığa loyal yanaşan mötədil İslam rejimi qurmaq idi. Musəvi, həmçinin namizəd olduğu dönəmdə ABŞ prezidenti olan Barak Obama ilə dialoq aparmağın daha asan olacağını demişdi. Buna baxmayaraq, Musəvi seçiləcəyi təqdirdə nüvə proqramından imtina etməyəcəyini bildirmişdi. 2010-2011-ci illərdə Yaxın Şərqdə baş verən “Ərəb baharı” İrana da təsirsiz ötüşmədi.

Musəvinin başçılıq etdiyi “Yaşıl Hərəkat”a ABŞ-də İran rejimini dəyişmək və Qərblə əməkdaşlıq edəcək mötədil teokratik hakiyyətin qurulması imkanı baxırdılar. Bu səbəbdən Xameneyinin liderlik etdiyi mühafizəkar qanad “Yaşıl Hərəkat”ın qarşısını alaraq Mirhüseyn Musəvi barəsində həbs qərarı çıxartdı.

15 ildir ev dustaqlığı çəkən Musəvi indiqə qədər siyasi proseslərdən kənarda qalıb. Lakin onun İran hakimiyyətinə qarşı kütləvi xalq etirazları və ABŞ-nin Xameneyi rejimini məhv etmək məqsədilə hərbi əməliyyatlara hazırlaşması fonunda Mirhüseyn Musəvinin aktivləşməsi diqqəti cəlb edir.

Tramp adminstrasiyası İran rejimini dəyişməyi qarşısına məqsəd qoyub ölkədə dini rejimin sonuna sayılı günlər qaldığına dair rəylər artır. Hətta İranın bir dövlət kimi mövcudluğu sual altındadır. Belə həssas bir vaxtda Mirhüseyn Musəvi müxalifət lideri kimi meydana çıxması dolayısı ilə Qərbə, ilk növbədə isə ABŞ-yə əməkdaşlıq mesajları verir.

Hətta Musəvinin açıqlamasında onun proqramının müəyyən istiqamətlərini də görmək olar. İranda mövcud rejimin dəyişilməsi konstitusiya islahatı ilə, yəni dinc yolla həyata keçirilir. Hazırda hakimiyyətdə olanlar istefaya gedir. Yeni hakimiyyət modeli formalaşdırılır. Etirazçıların tələbləri yerinə yetirilir və ABŞ ilə qarşılıqlı əməkdaşlıq qurulur.

Bununla da Musəvi İranda hakimiyyətin xarici hərbi müdaxilə yolu ilə deyil, dinc yolla, konsitusiya referendumu ilə formalaşmış yeni dövlət modelinə transferini təklif edir. Lakin konstitusiya dəyişikliyi İranda dünyəvi, demokratik dövlətin qurulacağı anlamına gəlmir.

Qeyd edilən bəyanatın mövcud rejimin “şinel”indən çıxmış Mirhüseyn Musəvi tərəfindən verilməsi onun mühafizəkar elitanı Qərblə əməkdaşlıq edən mötədil İslam respublikası ilə əvəz etmək mesajını verməsi kimi başa düşülə bilər. ABŞ-nin bir sıra şərtlərinin yerinə yetirilməsi İrana qarşı sanksiyaların götürülməsinə və ya yumşaldılmasına yol aça bilər.

Bu halda, İranın hazırkı rəhbərliyində təmsil olunan cinayətkar və terrorçu şəxslərin toxunulmazlığı təmin olunur. Xameneyi siyasi vəzifəsini itirsə də, İranda Qum şiə məktəbinin lideri olaraq qalır. Xatırladaq ki, Mirhüseyn Musəvi Təbrizin Xamnə kəndində anadan olub. Yəni o, İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi ilə eyni kənddəndir.

Ona görə də Musəvinin Xameneyinin əleyhdarı kimi çıxış edəcəyi inandırıcı görünmür. Bəzi mənbələrdə Musəvinin atasının azərbaycanlı olduğu deyilsə də, əslində milliyyətcə türk yox, farsdır. Sabiq baş naziri Güney Azərbaycan türkləri də qəbul etmir.

Bu baxımdan, “Yaşıl Hərəkat”a türklər dəstək verməmişdi. İran rejiminin gələcəyi sual altına düşdüyü indiki vaxtda Musəvinin təkliflərinin reallaşması “B planı” kimi mövcud hakimiyyətin maraqlarına cavab verir. Yəni İranda konstitusiya islahatı yolu ilə hakimiyyət dəyişikliyi ABŞ-nin hücumlarının təxirə salınmasına, mötədil, lakin dini quruluşun saxlanılmasına və İranın parçalanmasının qarşısını almağa kömək edə bilər.

Bu baxımdan, Musəvinin mövcud hakimiyyətin sifarişi ilə danışdığı istisna edilmir. Nəticədə, İran rejimi “qabıq” dəyişərək vəziyyətdən daha da güclənmiş şəkildə çıxmış olar. Lakin İranda cəmiyyəti əsasən teokratik rejimin devrilməsi və dünyəvi dövlətin tərəfdarı kimi çıxış edir. Ona görə də insanların mötədil olsa belə, dini quruluşu qəbul edəcəyi real səslənmir.

Müşfiq Abdulla 

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Milli Müdafiə Universitetində “Azərbaycan dili milli kimliyimizdir” mövzusunda dəyirmi masa keçirilib – FOTOLAR
Next: Axtarışda olan 120 nəfər tapılıb

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.