Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 31
  • İran müharibədə neçə gün dözəcək, ordunun zəif və güclü tərəfləri nə?

İran müharibədə neçə gün dözəcək, ordunun zəif və güclü tərəfləri nə?

admin 31 Yanvar 2026 8 minutes read
0ecd32961f171e51bbcc52ab7c04cccb
PAYLAŞIN:

ABŞ-nin Yaxın Şərqdə iri hərbi qüvvələr cəmləməsi və Vaşinqtondan səslənən birbaşa təhdidlər fonunda İran müqavimətə hazır olduğunu bəyan edir. Görünür, İranı yaşamaq uğrunda mübarizə gözləyir. Bəs İran silahlı qüvvələrinin güclü və zəif tərəfləri hansılardır və ABŞ-nin mümkün hərbi təcavüzü halında Tehranın cavab əməliyyatları necə görünə bilər?

Paraqraf.com xəbər verir ki, bu suallara “Vzqlyad”nəşri cavab tapmaq çalışıb.

Picture background

İran ordusunun zəif tərəfləri

Öncə qeyd olunur ki, İranın hücum edən tərəfə həlledici məğlubiyyət yaşatmaq şansı demək olar ki, yoxdur. Ötən il baş verən 12 günlük müharibə göstərdi ki, İrana son dərəcə böyük miqdarda raket tələb edir. Nəzəri baxımdan İran ucuz raket silahlarının istehsalını sürətləndirmək üçün texnoloji imkanlara malikdir, lakin bunun üçün zaman yoxdur.

Picture background

İranın qitələrarası ballistik raket (QBR) sınaqları həqiqətən baş tutubsa belə, bu da vəziyyəti köklü şəkildə dəyişmir. ABŞ kimi ölkəyə ciddi zərər vurmaq üçün belə raketlərdən böyük ehtiyat lazımdır. Bir və ya bir neçə raketin buraxılması isə amerikalıları qorxutmaq əvəzinə, sadəcə qəzəbləndirə bilər.

“Şahid-136” tipli zərbə dronları Ukrayna kimi rəqibə qarşı effektiv ola bilər, lakin ABŞ və İsrailə qarşı bu silahlar böyük ehtimalla nəticə verməz. Ən azı əvvəlki müharibədə israillilər bu tip dronların demək olar ki, hamısını, cəmi az sayda döyüş helikopteri cəlb etməklə məhv etdilər. ABŞ bazalarına qarşı “Şahid” dronları ilə kütləvi hücum mümkündür, lakin bunun üçün müdafiə sistemlərinin imkanlarını aşacaq qədər həqiqətən çox sayda PUA lazımdır.

İran İsrail və ABŞ aviasiyasına qarşı demək olar ki, heç nə edə bilməz. Müasir HHM sistemləri ABŞ və İsrailin zərbə aviasiyasına qarşı faktiki olaraq səmərəsizdir. İranın qırıcı təyyarələrdən istifadəsi yalnız relyefin imkan verdiyi hallarda mümkündür. Bu isə az sayda uçuş, son dərəcə yüksək itki riski və çox zəif uğur ehtimalı deməkdir. Hətta İran müəyyən sayda düşmən təyyarəsini vura bilsə belə, bu, döyüşlərin gedişinə ciddi təsir göstərməyəcək.

İranın zəif tərəflərindən biri də Silahlı Qüvvələrin idarə olunma keyfiyyətidir. Qərarların qəbulu və razılaşdırılması vaxt aparır. Qərb tipli hərbi idarəetmə əmrlərin dərhal icrası İranda hələ də arzu olaraq qalır.

Əsas üstünlükləri nə?

Nəşr yazır ki, İslam Respublikasının birinci güclü tərəfi raket arsenalıdır. ABŞ hərbi gəmiləri HHM baxımından nə qədər effektiv olsa da, onları ya raketlərin sayıyla yükləmək, ya da raketdən müdafiə atəşini çətinləşdirəcək əlavə tədbirlər görmək mümkündür. Ballistik raketlərlə yanaşı, İranın müəyyən sayda qanadlı raketləri də mövcuddur.

Picture background

İkinci üstünlük yüksək motivasiyalı şəxsi heyətdir. Xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) xətti ilə təhlükəli və hətta intihar xarakterli tapşırıqlar üçün könüllülər tapmaq mümkündür. İranın tərkibində, dini motivli SEPAH döyüşçülərindən fərqli olaraq, Qərb metodikası ilə təşkil edilmiş və hazırlanmış klassik ordu da mövcuddur. Bu orduda kifayət qədər yaxşı hazırlıqlı xüsusi təyinatlı qüvvələr, o cümlədən düşmən obyektlərinə qarşı diversiya əməliyyatları üçün istifadə edilə bilən döyüşçüləri var.

İranın sahilboyu yerləşdirilmiş gəmiəleyhinə raket qurğuları mövcuddur. Bundan başqa, İraqda hələ də müəyyən sayda “proksi” qüvvələr qalmaqdadır və İranla bu qüvvələr arasında quru əlaqəsi saxlanılır. Bütün bu resurslar mümkün müharibə zamanı hərəkətə gətirilə bilər.

Birinci addım ABŞ bazalarına qarşı kütləvi raket zərbələri ola bilər. İran bu cür hücumlara hazır olduğunu açıq şəkildə bəyan edir. Bunun üçün Tehranın raketlərin maksimum hissəsini əvvəlcədən zərbədən çıxarması, onları səpələməsi və maskalaması lazımdır ki, bir neçə hava hücumu ilə məhv edilə bilməsinlər. Daha sonra isə ABŞ-ın əlçatan bütün bazalarına elə miqyasda hücum edilməlidir ki, Amerika HHM sistemləri bu zərbələri dəf edə bilməsin.

İkinci addım “Şahid” dronlarının hücumları raket zərbələri ilə sinxronlaşdırılmalıdır. Qarşı tərəf seçim qarşısında qalmalıdır: hansı hücumu buraxmaq?

Üçüncü addım düşmən ərazisində və ona bitişik ölkələrdə diversiya əməliyyatlarıdır. Bu əməliyyatlar miqyas baxımından məhdud ola bilər, lakin qarşı tərəfi gərginlik içində saxlayacaq və resurslarını daxili təhlükəsizliyə yönəltməyə məcbur edəcək.

Picture background

Dördüncü addım Hörmüz boğazının minalanmasıdır. Bu, dünya neft bazarına tədarükləri iflic edərək qiymətlərin kəskin artmasına səbəb olacaq və ABŞ-ın hərbi əməliyyatlarını qlobal miqyasda sobataj edəcək. Enerji bazarının çökməsi ABŞ üçün iqtisadi baxımdan müəyyən mənada sərfəli ola bilsə də, siyasi baxımdan neft istehlakçısı olan ölkələrin təzyiqinə tab gətirmələri çətin olacaq.

İranın SEPAH-ın Dəniz Qüvvələrinin tərkibində yüzlərlə kiçik, sürətli kater mövcuddur. Onların heyətləri dəniz minalarının qoyulması üzrə hazırlanıb və İranın bu cür minalardan çox böyük ehtiyatı var.

Minatökmə əməliyyatları İran üçün itkilər baxımından son dərəcə baha başa gələ bilər. Lakin məhz burada özünü qurban verməyə hazır şəxsi heyət əsas rol oynamalıdır: neçə kater batırılsa da, yeniləri dənizə çıxmalıdır.

Bu, ABŞ-nin minaların təmizlənməsi əməliyyatlarına məcbur edəcək. İran isə bu əməliyyatları həyata keçirən qüvvələrə hücum edərək ABŞ-nin öz şərtləri ilə döyüşlərə cəlb edə və sahildən yerləşdirilmiş gəmiəleyhinə raketlərdən istifadə edə biləcəyi zonalara çəkə bilər. Əgər boğaz bağlanarsa, İranın mini-sualtı qayıqları Fars körfəzini keçərək diversantların fəaliyyətini təmin edə və eyni zamanda gizli şəkildə minalar qoya bilər.

Hətta əvvəlcədən mülki ticarət gəmisi kimi maskalanmış, pilotsuz aparat daşıyan və göyərtəsində xüsusi təyinatlı bölmə olan bir gəmini dənizə çıxarmaq və hərbi əməliyyatlar başlayanda Dieqo-Qarsiya bazasının davamlılığını yoxlamaq cəhdi də mümkündür. Burada da yenə özünü qurban verməyə hazır şəxsi heyət faktoru ön plana çıxır.

İraqdakı “Kətaib Hizbullah” qruplaşması maksimum dərəcədə uzaqmənzilli silahlarla təmin edilməlidir ki, bu qüvvələr ABŞ hərbi bazalarına böyük məsafədən zərbələr endirə bilsinlər və döyüşlərin başlanğıcında həmin silahlardan istifadə etsinlər.

“İranın itirəcək heç nəyi yoxdur. Və yaxın zamanda İranın həqiqətən döyüşməyə hazır olub-olmadığını görəcəyik” deyə, nəşr sonda yazır.

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: ABŞ-dən 9 milyardlıq raket alacaq – Razılaşma TƏSDİQLƏNDİ
Next: ABŞ-dən İsrailə BÖYÜK DƏSTƏK: Dövlət Departamenti təsdiqlədi

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.