Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 30
  • Ermənistan “sülh ordusu” qurur?

Ermənistan “sülh ordusu” qurur?

admin 30 Yanvar 2026 6 minutes read
35cb09886dcd551c8e193e9282e9b984
PAYLAŞIN:

Deputat: “Bu gün Paşinyan sülhdən danışır, sabah isə revanşistlər eyni ordunu tamam fərqli məqsədlər üçün istifadə edə bilərlər”

“Ermənistan silahlı qüvvələrini inkişaf etdirməyə davam edəcək, çünki ordu dövlətin ən vacib qurumlarından biridir”. Ermənistanın baş naziri Nikol Paşinyan bunu ölkə ordusunun yaradılmasının 34-cü ildönümü ilə əlaqədar sosial mediada bildirib.

“Ordumuz çətin bir formalaşma dövründən keçib, çətinliklər və çətinliklərlə üzləşib, amma bu gün əminliklə deyə bilərik ki, müdafiə qabiliyyəti hər gün artan bir ordumuz var… Son illərdə ordumuzun əvvəllər heç vaxt sahib olmadığı keyfiyyətdə və xüsusiyyətlərdə çoxlu sayda müasir silah və hərbi texnika əldə etmişik”, – deyə o bildirib.

Paşinyan həmçinin sərhədlər boyunca genişmiqyaslı istehkam işlərinin aparıldığını bildirib. O, həmçinin qeyd edib ki, Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış ərazisini müdafiə etməkdən başqa vəzifəsi yoxdur. “Ermənistan müharibəyə hazırlaşmır, çünki müharibə olmayacaq. Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və sülhdən daha etibarlı təhlükəsizlik qarantiyası yoxdur”, – deyə o vurğulayıb.

Paşinyanın sözlərindən bu anlaşılır ki, Ermənistan sülh üçün ordu qurur. Amma unudur ki, günlərin birində bu silahlanmış ordunun başına revanşistlərdəın biri keçə bilər. O zaman təminat yoxdur ki, sülh ordusu revanşist qüvvələrin əlində silah olmayacaq.

elcin-mirzebeyli-yap-a-uzv-olub

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin silahlı qüvvələrinin yaradılmasının 34-cü ildönümü münasibətilə verdiyi açıqlamalar ilk baxışdan sülhpərvər ritorika təsiri bağışlasa da, tarixin dərslərindən çıxardığımız nəticə bizdən bu kimi mülahizələrə daha dərindən yanaşmağı tələb edir: “Paşinyan iddia edir ki, Ermənistan müharibəyə hazırlaşmır, ordunun yeganə missiyası beynəlxalq səviyyədə tanınmış ərazilərin müdafiəsidir və “sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur”. Bu tezislər zahirən məntiqli səslənsə də, onların arxasında dayanan siyasi reallıq və tarixi təcrübə tamamilə fərqli suallar doğurur. Ən əsas sual isə bundan ibarətdir ki, Ermənistan həqiqətən “sülh ordusu” qurur, yoxsa bu anlayış növbəti dəfə siyasi manipulyasiya alətinə çevrilir? Paşinyan bildirir ki, son illər Ermənistan ordusu “əvvəllər heç vaxt sahib olmadığı keyfiyyətdə və xüsusiyyətlərdə” silah və texnika əldə edib, “sərhədləri boyu” genişmiqyaslı istehkam işləri aparılıb. Əgər müharibə “olmayacaqsa”, əgər sülh artıq “bərqərar olubsa”, onda bu miqyasda silahlanma və müdafiə xətlərinin gücləndirilməsi hansı təhlükədən qaynaqlanır? Bu sualın cavabı Paşinyanın ritorikasında yoxdur. Çünki sülhün mövcudluğu iddiası ilə hərbi potensialın sürətli artırılması eyni məntiqi çərçivəyə sığmır”.
Deputat dedi ki, əsas risk təkcə bu günlə bağlı deyil: “Ermənistanın tarixində ordu heç vaxt tam şəkildə siyasi neytral institut olmayıb. Ermənistan ordusu 1990-cı illərdən etibarən revanşist ideologiyanın, işğalçı siyasətin və radikal millətçiliyin əsas dayaqlarından biri kimi formalaşıb. Bu ənənə institusional yaddaşdan hələ də tam silinməyib. Paşinyan özünü sülh tərəfdarı kimi təqdim edə bilər. Lakin ordu bir şəxsin deyil, cəmiyyətin məhsuludur. Maraqlıdır, əgər sabah Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, Paşinyanı revanşist düşüncəli bir fiqur əvəz edərsə, bu gün “sülh üçün qurulduğu” iddia edilən ordu o zaman hansı missiyanı yerinə yetirəcək? Bu suala Paşinyanın heç bir təminatı yoxdur. Və ola da bilməz”.

Müsahibimiz dedi ki, Paşinyan Ermənistan ordusunun yalnız “beynəlxalq səviyyədə tanınmış ərazini” müdafiə edəcəyini bildirir: “Bu ifadə diplomatik baxımdan doğru səslənsə də, Ermənistan siyasi diskursunda bu anlayışın necə asanlıqla manipulyasiya olunduğunu Azərbaycan dəfələrlə görüb. Bir zamanlar Qarabağ da Ermənistan siyasi elitası tərəfindən “tarixi ərazi”, “təhlükəsizlik zonası”, “öz müqəddəratını təyin edən xalqın məkanı” kimi təqdim olunurdu. Beynəlxalq hüquq isə illərlə tapdanırdı. Deməli, problem terminlərdə deyil, onları şərh edən siyasi iradədədir. “Sülh ordusu” anlayışı mifdir. Beynəlxalq münasibətlər nəzəriyyəsində “sülh ordusu” anlayışı yoxdur. Ordu hər zaman potensial güc, risk və təzyiq alətidir. Onun necə istifadə olunması siyasi hakimiyyətin ideoloji xəttindən asılıdır. Buna görə də “sülh üçün silahlanırıq” tezisi yalnız daxili auditoriyanı sakitləşdirmək və xarici tərəfdaşlara mesaj vermək məqsədi daşıyır. Əgər Ermənistan doğrudan da sülhə sadiqdirsə, bu, ilk növbədə revanşist ritorikadan tam imtina, konstitusiya və digər hüquqi sənədlərdə Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, cəmiyyətdə militarist düşüncənin demontajı ilə müşayiət olunmalıdır. Silahlanma isə sülhün sübutu deyil”.
Deputat dedi ki, Paşinyanın açıqlamalarından Ermənistan “sülh üçün güclü ordu” konsepsiyasını irəli sürdüyü anlaşılır: “Lakin bu konsepsiya uzunmüddətli təhlükəsizlik zəmanəti deyil, potensial risklərin legitimləşdirilməsidir. Çünki silah dəyişmir, onu idarə edən siyasi iradə dəyişir. Bu gün Paşinyan sülhdən danışır, sabah isə revanşistlər eyni ordunu tamam fərqli məqsədlər üçün istifadə edə bilərlər. Məhz buna görə də regionda real sülh ordunun sayına və ya silahların “keyfiyyətinə” deyil, siyasi məsuliyyətə, hüquqi öhdəliklərə və revanşizmin birdəfəlik məhv edilməsinə söykənməlidir”.

Cavanşir ABBASLI

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tramp kəşfiyyat rəhbərləri ilə qapalı müzakirə keçirir – İrana ZƏRBƏ endirilə bilər
Next: Araq istehlakında dünyada 142-ci yerdəyik – istehsal isə artmaqdadır

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.