Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 30
  • Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

admin 30 Yanvar 2026 5 minutes read
2bdb51af22af451d88546c0d6e88757229012026084938478
PAYLAŞIN:

Saxta orden və medalların təsis edilməsi də daxil olmaqla, qanunvericiliyin bir sıra tələblərini dəfələrlə kobud şəkildə pozmuş “Azərbaycan Vətən Müharibəsi Veteranları” ictimai birliyinin dövlət qeydiyyatının ləğvi barədə Ədliyyə Nazirliyi məhkəmədə iddia qaldırıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

İddia 2025-ci ilin oktyabrında qaldırılıb, hazırda məhkəmə prosesi davam edir.

Qeyd edək ki, qeyri-hökümət təşkilatlarının qanunvericiliyin tələblərinə uyğun fəaliyyətinə nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İbtidai istintaqla “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun səlahiyyətləri olmadığı halda, təsis etdikləri müxtəlif adda medal və döş nişanlarını pul müqabilində və şəxsi münasibətlərə görə çoxsaylı şəxslərə təqdim etməklə, dövlət orqanları tərəfindən müvafiq xidmətlərinə görə vətəndaşlara verilən orden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür və çaşqınlıq yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Belə ki, qanunvericilikdə, o cümlədən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda orden və medalların vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifi olması, digər normativ hüquqi aktlarda orden və medalların (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis olunmasının qadağan edilməsi, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda isə QHT-lərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin yolverilməzliyinin təsbit edilməsinə baxmayaraq, sözügedən vəzifəli şəxslər tərəfindən bu tələblər kobud şəkildə pozulub.

Toplanmış sübutlar əsasında Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib və iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Bundan başqa, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ictimai birliklər dövlət qeydiyyatına alındıqdan sonra 30 gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməli olduğu halda, “Qarabağ Əlillərinə Qayğı”, “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birlikləri və “Dədə Qorqud” Xeyriyyə Fondu qanunvericiliyin tələblərini pozaraq üzvlərinin reyestrini aparmayıb və nizamnamələrinə uyğun fəaliyyət göstərməyiblər.
Sadalanan faktlarla bağlı müvafiq təşkilatlar və onların rəhbərləri barəsində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 579-cu (qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilib.

Eyni zamanda, QHT-lərin (ictimai birliklər və fondlar) qeydiyyata alınması, həmin təşkilatların müvafiq istiqamətlərə uyğun fəaliyyət göstərməsi və qeyd edilən qurumlardan daxil olan müraciətlərə baxılması zamanı cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinin nəzərə alınması, yeni qeydiyyat üçün müraciət edən və əvvəllər qeydiyyata alınmış təşkilatların nizamnamələrinin qanunvericiliyə uyğun olub-olmamasının yoxlanılması və bu sahədə nəzarətin gücləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilib. (Apa.az)

Loading

Visited 13 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Araq istehlakında dünyada 142-ci yerdəyik – istehsal isə artmaqdadır
Next: Gömrük orqanları Azərbaycanda inflyasiyanı belə tətikləyir – Palatadan ilginc hesabat

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.