Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 30
  • Aİ Rusiyanı cirkli pulların yuyulması üzrə qara siyahıya saldı- ticarətdə çətinliklər yaranacaq

Aİ Rusiyanı cirkli pulların yuyulması üzrə qara siyahıya saldı- ticarətdə çətinliklər yaranacaq

admin 30 Yanvar 2026 4 minutes read
fe3ef6c988286a28aa37dd5f768cdaf8
PAYLAŞIN:

Avropa İttifaqının Rusiyanı çirkli pulların yuyulması ilə mübarizə üzrə qara siyahıya salmaq barədə qərarı qüvvəyə minib.

Paraqraf.com xəbər verir ki, müvafiq bildiriş Avropa Şurasının jurnalında dərc edilib.

Qeyd edək ki, Avropa Komissiyası Rusiyanı rəsmi olaraq 3 dekabr 2025-ci ildə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riski yüksək olan ölkələr siyahısına əlavə edib. Qərar dərc edildikdən iyirminci gün (9 yanvar) qüvvəyə minib, çünki Avropa Parlamenti və ya Avropa Şurası tərəfindən ləğv edilməyib.

“Çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (ÇPM/TƏM) çərçivəsində strateji çatışmazlıqları” olan ölkələrin bu siyahısı, faktiki olaraq, Aİ-nin beynəlxalq çirkli pulların yuyulmasına qarşı mübarizə standartlarına zəif uyğunluğu qiymətləndirdiyi yurisdiksiyaların qara siyahısına bərabərdir.

Bu tədbir maliyyə qurumlarını bütün əməliyyatlar üzrə lazımi araşdırmanı gücləndirməyə, Rusiyaya qarşı hələ tədbir görməyən bankları əlavə risklərin azaldılması tədbirləri görməyə məcbur edəcək.

Avropa Komissiyasının siyahısı adətən dünyanın ən böyük çirkli pulların yuyulmasına qarşı mübarizə orqanı olan Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) siyahısını əks etdirir. FATF 2023-cü ildə Rusiyanın üzvlüyünü dayandırıb, lakin Ukraynanın təkidinə baxmayaraq, ölkəni boz və ya qara siyahılara əlavə etməyib. Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Cənubi Afrika bu addıma qarşı çıxıblar. Daha sonra Avropa Komissiyası FATF-ın mövqeyindən asılı olmayaraq Rusiyanı qara siyahıya salmaq qərarına gəlib.

Rusiyadan Rosfinmonitoring Avropa Komissiyasının qərarını siyasi qərar adlandırıb. Agentliyin nümayəndəsi bildirib ki, bu addım üçün heç bir real əsas yox idi: “Avropa Komissiyasının qərarında Rusiyanın çirkli pulların yuyulmasına qarşı mübarizə sistemində hər hansı strateji çatışmazlıqlara dair konkret faktlarc yoxdur. Sənəd Rusiyanın iştirakı olmadan hazırlanıb ki, bu da Birliyin özü tərəfindən müəyyən edilmiş üçüncü ölkələrin qiymətləndirilməsi proseduruna ziddir”.

Aİ-nin Rusiya ilə bağlı siyasəti bir qayda olaraq, Birlik üçün tətbiq olunan məhdudiyyətlərdən yayınmaya qarşı addımların üçüncü ölkələrlə bağlı addımların atılmasına qədər tədbirləri əhatə edir. Hazırda Aİ Rusiyaya qarşı yeni sanksiya paketi üzərində işləyir. Verilən açıqlamalardan aydın olur ki, bu paketdə tətbiq edilən sanksiyalardan yayınmalara qarşı da tədbirlər daxil ediləcək. Bu baxımdan, Rusiyanın terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması sahəsində qara siyahıya salınması bu ölkə ilə maliyyə əməliyyatları həyata keçirən bütün maliyyə qurumları üçün problemlər yaradacaq: müəyyən dövrdən sonra Aİ-nin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin pozulmasına görə digər ölkələrdəki maliyyə qurumlarına qarşı da addımlar atılması gözlənilir. Ötən illərdə Qazaxıstan, Qırğızıstan və Özbəkistanda fəaliyyət göstərən banklar məhz Rusiya ilə əlaqələrinə görə Aİ sanksiya siyahısına salınıblar.

Azərbaycan Rusiya ilə irihəcmli ticarət dövriyyəsinə malik ölkələrdən biridir. 2025-ci ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi illik ifadədə 2,5 faiz artmaqla 4,9 milyard dolları keçib. Aİ-nin qeyd olunan qərarı bir müddət sonra bu əməliyyatların maliyyələşməsi sahəsində çətinliklər yarada bilər. Xüsusilə maliyyələşmədə iştirak edən banklar əməliyyatlarla bağlı Aİ tələblərinə uyğun daha sərt nəzarət tədbirləri təqdim etməli olacaqlar. Əks halda, onların özləri Aİ tərəfindən məhdudiyyətlərə məruz qala bilərlər.

Azərbaycanla yanaşı, qardaş Türkiyədə də Aİ-nin bu addımı banklar üçün əlavə çətinliklər yaradacaq.

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Gömrük orqanları Azərbaycanda inflyasiyanı belə tətikləyir – Palatadan ilginc hesabat
Next: Azərbaycan suveren investorlar arasında effektivliyi ilə seçilir – Məşhur nəşrdən ÖNƏMLİ YAZI

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.