Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunları keçiriləcək.
Paraqraf.com xəbər verir ki, kişilərin mübarizəsində günün yeganə matçı Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.
“Gənclər” – “Xilasedici” matçı saat 17:00 start götürəcək.
Qadınların çempionatında isə saat 16:00-da “Gənclər” “Turan”la, 18:00-da “DH Volley” “Azərreyl”lə üz-üzə gələcək.
Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
