Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 29
  • Cənubi Koreyanın ticarət naziri Vaşinqtona gedib

Cənubi Koreyanın ticarət naziri Vaşinqtona gedib

admin 29 Yanvar 2026 2 minutes read
vkNutidvEHgLbQQZo9xUbqPy2rrkGA7SeptC11FF_825
PAYLAŞIN:

Cənubi Koreyanın sənaye naziri Kim Çonq Kvan ABŞ-nin ticarət naziri Hovard Latniklə görüşmək üçün bu ölkədə səfərdədir.

Paraqraf.com xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Səfərin məqsədi Ağ Evin rəhbəri Donald Trampın Cənubi Koreya mallarına rüsumların artırılacağı təhdidləri fonunda ticarət məsələlərinin müzakirəsidir.

Koreyalı nazir qeyd edib ki, ABŞ-ni yaranmış vəziyyətin əlverişli həllinə çağırmağa və Cənubi Koreyanın ticarət sazişinin şərtlərinə əməl etmək üçün əvvəllər atdığı addımları müzakirə etməyə ümidvardır.

Onun sözlərinə görə, Seul həll edilməmiş ticarət məsələlərinin tənzimlənməsi və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa nail olunması üçün yerli sənaye şirkətləri və dövlət qurumları ilə sıx əməkdaşlığa hazırdır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Cənubi Koreyadan idxal edilən mallara rüsumların 15 %-dən 25 %-ə qaldırılacağını elan edib. Buna səbəb respublika parlamentinin 2025-ci ilin iyul ayının sonunda Prezident Li Çje Myonla razılaşdırılmış ticarət sazişini ratifikasiya etməməsidir.

Öz növbəsində, Cənubi Koreyada bildiriblər ki, ölkənin hakim “Toburo” partiyası parlamentin xüsusi “Ticarət sazişi haqqında” qanun qəbul etməsi yolu ilə 2026-cı ilin fevral ayının sonuna qədər ABŞ ilə ticarət sazişini təsdiq etmək niyyətindədir.

Paraqraf.com 

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Barro: Fransa İrana qarşı sanksiyalarla bağlı qərarları dəstəkləyəcək
Next: ABŞ-də 70-dən çox insan ölüb

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.