Azərbaycan və Macarıstan minatəmizləmə sahəsi ilə bağlı imzaladıqları anlaşma memorandumunun icrasını müzakirə edib.
Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ilə görüşüb.
Görüşdə ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında bir müddət öncə imzalanan bacarıqların artırılmasının dəstəklənməsinə dair anlaşma memorandumunun icrası və digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
