Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Köçəryandan növbəti sərsəmləmə
DÜNYA

Köçəryandan növbəti sərsəmləmə

28 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Ermənistanın ikinci prezidenti Robert Köçəryan növbəti dəfə sərsəm açıqlaması ilə gündəmə gəlib. O, son 8 ildə ölkə rəhbərliyinin “regionun ən güclü və döyüş qabiliyyətli ordusunu (?! – red.) bilərəkdən zəiflətmək, parçalamaq və sıradan çıxarmaq üçün hər şeyi etdiyini” iddia edib.

Paraqraf.com bildirir ki, Köçəryan bununla bağlı xüsusi bəyanat verib.

Onun sözlərinə görə, bu dövrdə Ermənistan ordusunun döyüş ruhu sarsıdılıb, potensialı azaldılıb və nəticədə ölkə təhlükəsizlik baxımından ciddi problemlərlə üzləşib. O, vəziyyətin tezliklə dəyişdiriləcəyinə, ordunun yenidən gücləndiriləcəyinə və bunun “sabit sülhə” gətirib çıxaracağına ümid etdiyini də bildirib.

Ermənistanda iqtidar nümayəndələri isə “güclü ordu”dan danışan Köçəryanın uzun illər ölkəyə rəhbərlik etdiyini və dövlət institutlarının formalaşmasında birbaşa məsuliyyət daşıyan əsas şəxslərdən biri olduğunu xatırladırlar. Məhz onun hakimiyyəti dövründə formalaşan siyasi sistem və idarəetmə modeli sonradan Serj Sərkisyanın rəhbərlik etdiyi rejim tərəfindən davam etdirilib və daha da dərinləşdirilib. Bu illər ərzində korrupsiya, qohumbazlıq, oliqarx idarəçiliyi və dövlət resurslarının talanması Ermənistanı tədricən sosial-iqtisadi tənəzzülə sürükləyib.

Bir vaxtlar korrupsiya, qeyri-şəffaflıq və idarəetmə böhranı ilə yadda qalan dövrlərin memarlarından biri olan sabiq prezidentin indi “ordu dərdi çəkməsi” isə iqtidar cəbhəsinə görə cəmiyyətdə ironik qarşılanır.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Cənab Tramp, soruşmaq olarmı?..

Next

2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved