Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturuna zərbələri nəticəsində bir neçə vilayət elektrik enerjisiz qalıb.
Paraqraf.com “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.
“Enerji infrastrukturuna növbəti hücumlar nəticəsində Xarkov, Odessa, Dnepropetrovsk və Donetsk vilayətlərində istehlakçılar işıqsız qalıblar. Bütün regionlarda qəza-bərpa işləri davam edir”, – qurumdan bildirilib.
Kiyev şəhəri və Kiyev vilayətində elektrik enerjisinə böyük tələbat qalmaqdadır.
Bundan başqa, əlverişsiz hava şəraiti səbəbindən ölkənin müxtəlif vilayətlərində 500-dən çox yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
