Qazaxıstan hökuməti və “Qaraçaqanaq” yatağında hasilatın pay bölgüsü sazişi üzrə işləyən ən böyük neft şirkətləri arasındakı işə baxan beynəlxalq arbitraj respublikanın mövqeyini dəstəkləyib.
Paraqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Məhkəmə hələ “Qaraçaqanaq” yatağı üzrə tərəfdaşların ödəməli olduğu konkret məbləği müəyyən etməyib, lakin xarici hüquq məsləhətçiləri bunun 2-4 milyard ABŞ dolları arasında ola biləcəyini təxmin edirlər”, – məlumatda bildirilib.
Arbitraj məhkəməsinin qərarı ilə isə hökumətin mövqeyi təsdiqlənib. Qazaxıstan hökuməti hesab edir ki, neft şirkətləri təsdiqlənməmiş əlavə xərcləri və yatağın hasilatın pay bölgüsü sazişi üzrə geri qaytarılmamalı olan digər xərcləri kompensasiya etməlidirlər.
Qazaxıstanın Energetika Nazirliyi “Kaşağan” və “Qaraçaqanaq” operatorları üçün tələbləri sərtləşdirəcək. Qaraçaqanaq üzrə tərəfdaş şirkətlər məhkəmə qərarından şikayət verə bilərlər.
“Məhkəmənin bu qərar “Qaraçaqanaq” yatağının operatorlarından 6 milyard ABŞ dollarından çox vəsait tələb edən Qazaxıstan üçün qismən qələbə hesab edilə bilər”, – məlumatda qeyd edilib.
Paraqraf.com
![]()
