Bakının Sabunçu rayonunda 1959-cu il təvəllüdlü Həyat Ağayevanı öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Paraqraf.com xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən E. Ağayev mərhumun oğludur.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
