Konqo Demokratik Respublikasının (KDR) şərqində “Demokratik Qüvvələr Birliyi”nin hücumu nəticəsində azı 25 nəfər həlak olub.
Paraqraf.com-un məlumatına görə, bu barədə AP agentliyi yerli insan haqları təşkilatlarına istinadən xəbər verib.
Məlumata görə, İturi əyalətində 15 nəfər bir evdə kilidlənərək diri-diri yandırılıb, yeddi nəfər isə güllələnib. Valeze Vokutu rayonunda daha üç nəfər öldürülüb.
“Demokratik Qüvvələr Birliyi” hələlik hadisədə iştirakı ilə bağlı məlumatı təsdiqləməyib.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
