Göygöl rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub.
Paraqraf.com-un məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Göygöl rayon sakini, 37 yaşlı R. Əmrahovu qətlə yetirməkdə şübhəli bilinən 26 yaşlı Samux rayon sakini Taleh Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
