“Ötən il 4 304 müəssisədə yoxlama aparılıb, 3 739-unda uyğunsuzluqlar aşkarlanıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb”.
Paraqraf.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 7 fakt üzrə kərə yağı adı altında bitki tərkibli yağların satışı müəyyən edilib və istehlakçıların aldadılmasının qarşısı alınıb:
“Bundan əlavə, 561 dönərxanada və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib. Yoxlamalar zamanı 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib. Ümumilikdə 497 müəssisədən 600 nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, 107 müəssisəyə məxsus 122 nümunədə normativ tələblərə uyğunsuzluq müəyyən edilib.
Paraqraf.com
![]()
