Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 20
  • Suriyadakı son vəziyyət açıqlandı

Suriyadakı son vəziyyət açıqlandı

admin 20 Yanvar 2026 2 minutes read
235962
PAYLAŞIN:

Suriya rəhbərliyi ilə terror təşkilatı YPG arasında əldə olunan atəşkəs və tam inteqrasiya sazişi çərçivəsində Suriya ordusunun Fərat çayının şərqində irəliləyişi zamanı Haseke vilayəti ətrafında və Ayn əl-Ərəbın cənub bölgələrində dünən başlayan toqquşmalar səhər saatlarına doğru dayanıb.

Paraqraf.com xəbər verir ki, Suriya ordusu Haseke vilayəti ətrafında, biri şəhər mərkəzinin dərhal girişində olmaqla, ümumilikdə 4 nöqtədə mövqe tutub.

Ordu bölmələri Ayn əl-Ərəbın cənub hissələrində Sırrin qəsəbəsinin dərhal giriş xəttində yerləşdirilib.Hər iki bölgədə gecə boyu fasilələrlə davam edən toqquşmalar səhər saatlarında böyük ölçüdə səngiyib.

Eyni zamanda, Rakka şəhər mərkəzinin şimalında yerləşən və təşkilat tərəfindən işğal edilən Aktan Həbsxanasına nəzarət edən silahlı qruplarla buranı təhvil almaq istəyən Suriya ordusu arasında baş verən toqquşmalar da sakitliklə əvəz olunub.

Suriya ordusunun hər iki bölgəyə qüvvə və texnika göndərişi davam edir.Şam rəhbərliyi ilə YPG arasında 18 yanvar tarixində əldə olunan Atəşkəs və Tam İnteqrasiya Sazişinə əsasən, terror təşkilatının işğalı altında olan Haseke vilayətindəki bütün mülki qurumların Suriya dövlətinin rəsmi qurumları və inzibati strukturları ilə inteqrasiya edilməsi nəzərdə tutulur.

Sazişdə həmçinin Ayn əl-Ərəb bölgəsindən ağır silahlı qüvvələrin çıxarılması, şəhər sakinlərindən ibarət bir təhlükəsizlik qüvvəsinin yaradılması və inzibati baxımdan Suriya Daxili İşlər Nazirliyinə tabe olan yerli polis strukturunun formalaşdırılması ilə bağlı maddə də yer alır.

Paraqraf.com

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Rəfah” keçid məntəqəsi ilə bağlı yeni qərar
Next: Azərbaycanda külək enerjisi istehsalı 2,3 dəfə artdı

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.