20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Paraqraf.com xəbər verir ki, bu barədə SHXÇDX-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.
Sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
