Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 19
  • Leyla Əliyeva Efiopiyada “MESOB” dövlət xidməti mərkəzində olub

Leyla Əliyeva Efiopiyada “MESOB” dövlət xidməti mərkəzində olub

admin 19 Yanvar 2026 2 minutes read
KijtGmq4hNu9u53yM2D5o4im6NKibSe42nO3eLXt_825
PAYLAŞIN:

Efiopiyaya səfəri çərçivəsində Leyla Əliyeva paytaxt Əddis-Əbəbədə yerləşən “MESOB” dövlət xidməti mərkəzində olub.

Paraqraf.com xəbər verir ki, Leyla Əliyevanı Efiopiyanın Dövlət qulluğu üzrə federal komissarı (nazir) Mekuria Haile qarşılayıb.

Bildirilib ki, “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün müasir “bir pəncərə” platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən “MESOB”, dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.

Qeyd edək ki, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu ölkənin müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

COP29 çərçivəsində 2024-cü il noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasie arasında keçirilən görüş zamanı Efiopiya tərəfi ölkədə “ASAN xidmət” təcrübəsinin tətbiqinə maraq göstərib və bu istiqamətdə Azərbaycanın dəstəyini xahiş edib.

Ötən dövr ərzində Dövlət Agentliyinin mütəxəssisləri Efiopiyanın dövlət qulluqçuları üçün təlimlər keçirib, Efiopiyada “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə bağlı hüquqi və digər zəruri sənədləri, həmçinin “ASAN xidmət” mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədlərini hazırlayıb, xidmətlərin vahid standartını müəyyən ediblər.

Paraqraf.com 

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan XİN İspaniyaya başsağlığı verib
Next: Azərbaycanın Türkmənistandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı materiallar dərc edib

OXŞAR MÖVZULAR

zIXo6wU0HfMh2TOjhxwoAD8zNnEKdSiMgjcn58mM_1200

Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib

admin 24 Aprel 2026
IMG_20260424_142726

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub

admin 24 Aprel 2026
T3kHAuNjFZGCZTbrAbTDj375MACzXQpOEvxYjUpC_1200

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib zIXo6wU0HfMh2TOjhxwoAD8zNnEKdSiMgjcn58mM_1200

Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib

24 Aprel 2026
Emin Əmrullayev: “İşğaldan azad olunmuş ərazilərdə 24-cü təhsil müəssisəsi fəaliyyətə başlayır” 17339078385190155986_1200x630_2_1777024333

Emin Əmrullayev: “İşğaldan azad olunmuş ərazilərdə 24-cü təhsil müəssisəsi fəaliyyətə başlayır”

24 Aprel 2026
Ucarda çaqqal insanlara hücum edib, üç nəfər xəsarət alıb Wyh1PHbyDqvTmGmVHK1dtq4dyC5FGwABM1aVTwI7_1200

Ucarda çaqqal insanlara hücum edib, üç nəfər xəsarət alıb

24 Aprel 2026
Sabah Bakıda yağış yağacağı ehtimalı var IMG_5781

Sabah Bakıda yağış yağacağı ehtimalı var

24 Aprel 2026
Nərimanovda mağazadan 100 min manat dəyərində qızıl oğurlanıb lm8BdATHyVCMvc5yXePP7nAqYLelGCpcIxn94gu9_1200

Nərimanovda mağazadan 100 min manat dəyərində qızıl oğurlanıb

24 Aprel 2026
DİN əməliyyat keçirib, 49 kiloqramdan artıq narkotik aşkarlanıb VZe6uddKp3XbEC1vUCDihiqTz93jhrEuvmwu6UVM_1200

DİN əməliyyat keçirib, 49 kiloqramdan artıq narkotik aşkarlanıb

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.