İspaniyada qatarların vaqonlarının relsdən çıxması nəticəsində həlak olanların sayı 39-a çatıb.
Paraqraf.com xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Ümumilikdə qatarda 317 sərnişin olub. Daha əvvəl 21, sonra isə 24 nəfərin həlak olduğu və 73 nəfərin xəsarət aldığı barədə məlumat verilmişdi. İspaniyanın nəqliyyat və dayanıqlı mobillik naziri Oskar Puente bildirib ki, Kordovada baş verən dəmiryol qəzası izah edilməsi çətin olan hadisədir, çünki qəzaya səbəb olan “Iryo” qatarı nisbətən yenidir, infrastruktur isə bu yaxınlarda təmir olunub.
Təcili yardım xidmətləri xəsarət alanların əksəriyyətinin kəsiklər, qançırlar və açıq sınıqlar aldığını bildirib. Qatar vaqonlarının deformasiyası səbəbindən xəsarət alanlara çatmaq çətin olub.
Qəza Əndəlüs muxtar icmasında baş verib. Relsdən çıxan vaqon paytaxt Madriddən Huelvaya gedən digər qatarın vaqonu ilə toqquşub. Hadisənin səbəbi hələlik məlum deyil. Madrid–Əndəlüs yüksək sürətli qatar xidməti 20 yanvar tarixinə qədər dayandırılıb.
Paraqraf.com
![]()
