Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İrəvanda Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyiş olduğunu düşünürlər
SİYASƏT

İrəvanda Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyiş olduğunu düşünürlər

19 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

İrəvanda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin dinamikasını müsbət qiymətləndirirlər.

Paraqraf.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin sədr müavini Ruben Rubinyan jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

“Düşünürəm ki, bütün proseslərdə müsbət irəliləyiş var, biz artıq müəyyən nəticələr görürük və hələ bundan sonra da bəzi nəticələrin şahidi olacağıq”, – o qeyd edib.

Sədr müavini deyib ki, İrəvanda həm Ermənistan-Azərbaycan, həm də Ermənistan-Türkiyə proseslərinin tempi və nəticələrindən məmnundurlar, lakin onların mövqeyində heç bir dəyişiklik yoxdur.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi və Ermənistan-Azərbaycan prosesi fərqli proseslərdir, lakin təbii ki, eyni regionda olduğumuz üçün onlar bir-biri ilə qarşılıqlı əlaqəli ola bilər”, – Rubinyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasındakı irəliləyiş Ermənistan-Azərbaycan prosesinə nəinki zərər verməyəcək, həm də ona yeni təkan verə bilər.

Bununla yanaşı, sədr müavini söyləyib ki, Türkiyə ilə münasibətlərdə artıq əhəmiyyətli irəliləyiş müşahidə olunur:

“Bu prosesdə böyük irəliləyişi qeyd etməmək olmaz: 8 avqust tarixli sülh bəyannaməsi, dəmir yolu blokadasının qismən aradan qaldırılması və sair”.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın Türkmənistandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı materiallar dərc edib

Next

İlham Əliyev Davos Forumunda iştirak etmək üçün İsveçrədə səfərdədir

Copyright 2026— Praqraf.com. All rights reserved