Cənubi Afrikanın Fanderbeylpak sənaye şəhərində mikroavtobusla yük maşınının toqquşması nəticəsində ən azı 11 məktəbli həlak olub.
Paraqraf.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika KİV-i məlumat yayıb.
Daha beş şagird ağır xəsarət alıb və tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları hadisə yerindədir.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
