Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 19
  • “Alliance Logistics”in illik konteyner daşımaları rekord həddə çatdı

“Alliance Logistics”in illik konteyner daşımaları rekord həddə çatdı

admin 19 Yanvar 2026 2 minutes read
M6UUsVJQtqP0ExP4hIGoGk58ebtu8t66fLPGbEdL_825
PAYLAŞIN:

2025-ci il “Alliance Logistics” üçün dayanıqlı artım və əsas beynəlxalq marşrutların möhkəmlənməsi ili oldu.

Paraqraf.com xəbər verir ki, şirkət Orta Dəhliz çərçivəsində dəmir yolu və multimodal daşımaları inkişaf etdirərək Azərbaycanın Şərq–Qərb istiqamətində strateji tranzit mövqeyini daha da gücləndirdi.

İlin yekunlarına görə, şirkətin ümumi konteyner daşımalarının həcmi 50 000 TEU (20 futluq ekvivalent) təşkil edib. Daşımaların 57 %-i tranzitin payına düşüb. Yük axınlarının formalaşmasında Orta Dəhliz və Bakı–Tbilisi–Qars (BTQ) xətti əsas rol oynayıb. Çin istiqaməti üzrə daşımalar xüsusi dinamika nümayiş etdirib, bu marşrut üzrə həcm ümumi daşımaların 30 %-ni formalaşdırıb.

Şirkətin rəhbəri Natiq Cəfərov vurğulayıb ki, “Əldə olunan nəticələr infrastruktur tərəfdaşı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Bakı Beynəlxalq Dəniz Limanı” MMC, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə effektiv əməkdaşlıq, komandaların koordinasiyalı fəaliyyəti nəticəsində mümkün olub. Bu əməkdaşlıqların beynəlxalq müştərilərimizin etimadının qazanılmasında büyük payı olub. Xüsusən də, ADY-nin müasir infrastrukturu Orta Dəhliz üzrə daşımaların fasiləsizliyini təmin edərək Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirib”.

Yaxın perspektivdə şirkətin əsas prioritetləri multimodal daşımaların genişləndirilməsi, tranzit vaxtının azaldılması və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən dəhlizlərin inkişafı olaraq qalır. Dövlət və özəl sektor arasında səmərəli sinerji bu məqsədlərə nail olunmasında həlledici rol oynayacaq.

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Turan Bank” maliyyə vəziyyətini açıqlayıb
Next: “Yelo Bank” maliyyə vəziyyətini açıqlayıb

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.