Portuqaliyada prezident seçkiləri keçirilir.
Paraqraf.com xəbər verir ki, prezident postu uğrunda 11 namizəd (10 kişi və 1 qadın) mübarizə aparır.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılıb və saat 19:00-a (Bakı vaxtı ilə 23:00) qədər işləyəcək. Səsvermənin ilkin nəticələrinin gecə elan olunacağı gözlənilir. Əgər namizədlərdən heç biri səslərin 50 %-dən çoxunu qazana bilməsə, fevralın 8-də ikinci tur keçiriləcək.
Hazırkı dövlət başçısı Marselu Rebelu di Souza öz postunu 2016-cı ildə tutub və 2021-ci ildə yenidən seçilib. Yerli qanunvericilikdə ardıcıl üç müddətə yenidən seçilməyə icazə verilmədiyinə görə namizəd ola bilməyib.
Seçkilərə qədər keçirilən sorğular heç bir namizədin birinci turda səslərin 50 %-dən çoxunu ala bilməyəcəyini göstərib. Bu halda ikinci tur keçiriləcək və burada yalnız seçicilərin ən çox dəstəyini qazanan iki namizəd iştirak edəcək. Sonuncu dəfə belə hal 1986-cı ildə baş verib.
Paraqraf.com
![]()
