Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 17
  • Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması yolunda ikinci Vaşinqton razılaşması mühüm əhəmiyyət daşıyır

Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması yolunda ikinci Vaşinqton razılaşması mühüm əhəmiyyət daşıyır

admin 17 Yanvar 2026 4 minutes read
1752156258_zengezurjpg-1673126265
PAYLAŞIN:

Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması yolunda ikinci Vaşinqton razılaşması mühüm əhəmiyyət daşıyır.

Paraqraf.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, Sülh və Rifah Naminə Tramp Marşrutu (TRIPP) məhz şərqdə Azərbaycanın əsas hissəsi, qərbdə isə Naxçıvan vasitəsilə Türkiyə üzərindən qlobal bazarlara çıxış əldə etməklə beynəlxalq əhəmiyyət qazanır:

Нет описания фото.

“Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması yolunda Vaşqintonda ikinci razılaşma əldə olundu. Belə ki, 2026-cı il yanvarın 13-də ABŞ dövlət katibi Marko Rubio Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşündən sonra açıqlanan TRIPP çərçivə sənədi 2025-ci il avqusutun 8-də dövlət başçıları səviyyəsində imzalanan Birgə Bəyannamədən sonra ikinci Vaşinqton razılaşması kimi də xarakterizə oluna bilər. Qeyd olunub ki, bu sənəd Tramp marşrutunun icrası ilə bağlı prosedur, mexanizm, pay bölgüsü, tərəflərin öhdəlikləri və s. məsələləri özündə ehtiva edir. Eyni zamanda vurğulanıb ki, sənəd tərəf dövlətlər arasında beynəlxalq müqavilə təşkil etmir, bu baxımdan, ABŞ və ya Ermənistan üzərinə heç bir hüquqi öhdəlik və ya məsuliyyət qoymur və qoymaq niyyətində də deyil”.

R.Nəbiyev bildirib ki, TRIPP Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsinin yaradılmasını nəzərdə tutur və suverenliyə, ərazi bütövlüyünə və dövlətlərin yurisdiksiyasına hörmət əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verməyi hədəfləyir:

“Tramp marşrutunun yalnız idxal-ixracı əməliyyatları baxımından deyil, həm də regionada rifaha, sabitliyə və təhlükəsizliyə töhfə vermək baxımından əhəmiyyətinin bir daha vurğulanmasıdır. Ona görə də sənəddə TRIPP layihəsinin uğurunun Ermənistan və Azərbaycan arasında sülh prosesinin daha da institusionallaşdırılması faktorundan asılı olduğu da qeyd edilir. Həmçinin, ABŞ-nin uzunmüddətli və davamlı iştirakı, Ermənistan ilə Türkiyə arasında hərtərəfli sazişin icrası da bu layihənin uğurunu təmin edən şərtlər kimi vurğulanır”.

Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar geniş ticarət və nəqliyyat potensialının inkişafı üçün də zəmin yaradıb:

“Prezident İlham Əliyevin də vurğuladığı kimi, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək. Bütün hallarda Azərbaycan üçün prioritet məsələ ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsidir. Orta Dəhlizin vacib seqmenti kimi Zəngəzur dəhlizinin 2028-ci ilin sonunadək reallaşacağı təqdirdə regionu qlobal nəqliyyat-loqistika xəritəsində mühüm mərkəzə çevirəcək. TRIPP layihəsi məhz şərqdə Azərbaycanın əsas hissəsi, qərbdə isə Naxçıvan vasitəsilə Türkiyə üzərindən qlobal bazarlara çıxış əldə etməklə beynəlxalq əhəmiyyət qazanır”.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) icrası üzrə çərçivə sənədinin qəbul edilməsi avqustun 8-də Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır. XİN-in şərhinə əsasən, bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir.

 

Paraqraf.com

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti” mövzusunda tədbir keçirilib – FOTOLAR
Next: Rizvan Nəbiyev: “Zəngəzur dəhlizinin qarşısının alınması ABŞ-la üz-üzə gəlmək riski yaradır”

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.