Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 17
  • “Mediada Azərbaycan dili” təlimlərinin növbəti mərhələsi təşkil olundu – Fotolar

“Mediada Azərbaycan dili” təlimlərinin növbəti mərhələsi təşkil olundu – Fotolar

admin 17 Yanvar 2026 3 minutes read
mainpic
PAYLAŞIN:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Paraqraf.com xəbər verir ki, təlimin ikinci günündə ustad dərslərini tanınmış diktor, Əməkdar artist Gülşən Əkbərova, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin xəbər aparıcısı Mümtaz Xəlilzadə keçibdir.

Gülşən Əkbərova təlimdə 55 illik televiziya fəaliyyəti dövründə əldə etdiyi təcrübəni iştirakçılarla bölüşüb. O, çıxışında efir dilinin məsuliyyətindən, düzgün və səlis nitqin tamaşaçıya təsirindən geniş bəhs edib.

Təlimdə Azərbaycan dilinin yad təsirlərdən qorunması, bu istiqamətdə ziyalıların gördüyü işlər müzakirə olunub. Ulu Öndər Heydər Əliyevin 1991-ci ildə latın qrafikasına keçidlə bağlı təşəbbüsü, onun yüksək natiqlik qabiliyyəti və Azərbaycan dilinin beynəlxalq arenada təbliği xüsusi vurğulanıb. Eyni zamanda, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər diqqətə çatdırılıb.

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova təlim zamanı redaktə prosesində diqqət yetirilməli əsas məqamlar barədə geniş məlumat verib. O, media mətnlərində sözlərin düzgün yazılışının, cümlələrin sadə, aydın və anlaşıqlı qurulmasının vacibliyini vurğulayıb, eyni zamanda, yad terminlərdən yerində və zərurət olduqda istifadə edilməsinin əhəmiyyətindən danışıb.

Tanınmış aparıcı Mümtaz Xəlilzadə isə təlim zamanı nitqin təsiretmə, yönləndirmə və idarəetmə gücündən bəhs edib. O, səs məşqlərinin əhəmiyyətinə, “c–ç” səslərinin tələffüzü ilə bağlı yaranan problemlərin aradan qaldırılması yollarına, düzgün nəfəsalma texnikalarına və nitq zamanı bədən dilinin roluna diqqət çəkib. Eyni zamanda, aparıcılıq sənətində artistizmin işlənmə qaydaları və abreviaturaların düzgün tələffüzü məsələlərinə də toxunub.

Qeyd edək ki, təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.

 






Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Trampdan Qəzza dəvəti: Ərdoğan qurucu üzv kimi komitəyə qoşulur
Next: 20 Yanvar azadlıq yolunun başlanğıcı

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.