Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 16
  • Yunanıstanın gəmi sahibləri Aİ-nin tanker hücumlarına reaksiyasını tələb edir

Yunanıstanın gəmi sahibləri Aİ-nin tanker hücumlarına reaksiyasını tələb edir

admin 16 Yanvar 2026 3 minutes read
6xKlK5atdTKeNno6o1h8EPD5dHejJqFVYBzNndUS_825
PAYLAŞIN:

Yunanıstanın Gəmi Sahibləri Birliyi Qara dənizdə ölkənin tankerlərinə edilən hücumlara Aİ-dən qəti cavab tələb edərək, ticarət gəmilərinə qarşı heç bir təhdidin diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb.

Paraqraf.com-un xəbərinə görə, bu barədə Afina Makedoniya Xəbər Agentliyi (ANA-MPA) məlumat yayıb.

Məlumata görə, geosiyasi gərginlik və beynəlxalq gəmiçilik üçün artan təhdidlər fonunda Yunanıstanın Gəmi Sahibləri Birliyinin prezidenti Melina Travlu ticarət gəmilərinə və dənizçilərə edilən hücumları pisləyən, Aİ-ni insan həyatının, naviqasiya azadlığının qorunmasına yönəlmiş qətiyyətli və əlaqələndirilmiş cavab verməyə çağıran bəyanat yayıb.

“Ticarət gəmilərimiz və hər şeydən əvvəl dənizçilərimiz bir daha hərbi və hibrid hücumların, eləcə də insan həyatını, ətraf mühitin mühafizəsini və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini birbaşa təhdid edən asimmetrik təhdidlərin hədəfinə çevriliblər. Qanuni fəaliyyət göstərən, Avropa İttifaqının idxal ticarəti və təchizat zəncirlərinə xidmət edən Yunanıstan və geniş mənada Avropa gəmiləri də daxil olmaqla ticarət gəmilərinə edilən hücumlar məntiqsizdir və qanunu pozur. Bunlar Avropa mövqeyinin tam pozur”, – Travlu vurğulayıb.

O qeyd edib ki, ticarət gəmiçiliyi münaqişə zonasına çevrilməməlidir. “Ondan təsir vasitəsi kimi istifadə etmək və ya hədəfə çevirmək olmaz. Dənizçilər mülki şəxslərdir. Onlar qlobal ticarəti, enerji təhlükəsizliyini, ərzaq təhlükəsizliyini və cəmiyyətlərimizin fəaliyyətini qorumaq üçün ailələrini tərk edən insanlardır”, – birlik prezidenti bildirib.

Travlu xatırladıb ki, o, daha əvvəl 2025-ci ilin mayında BMT Təhlükəsizlik Şurasında bu məsələni qaldırıb və gəmiçiliyin geosiyasi gərginliklərdən, hərbi toqquşmalardan azad qalmalı olduğunu, dənizçilərin qorunmasının, naviqasiya azadlığının fundamental Avropa, beynəlxalq məsuliyyət olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Yunanıstan gəmiçilik işçiləri tarix boyu sülhə, əməkdaşlığa və sabitliyə xidmət ediblər. Bu baxımdan, o, Yunanıstan Xarici İşlər Nazirliyinin mövqeyini, nazirin Aİ qurumları və digər Avropa dövlətlərinin xarici işlər nazirləri ilə əlaqələrini alqışlayıb.

“Avropa İttifaqı öz gəmiçiliyini, xalqını və Avropanın və vətəndaşlarının rifahı üçün oynadığı strateji rolu qorumaq üçün dərhal, əlaqələndirilmiş, qətiyyətli şəkildə hərəkətə keçməlidir. O, ticarət gəmilərinə edilən heç bir hücumun məqbul olmadığını və dənizçilər üçün heç bir təhdidin nəticəsiz qala bilməyəcəyini aydın şəkildə bildirməlidir”, – Travlu fikirlərini yekunlaşdırıb.

Paraqraf.com 

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Avstraliyada yeniyetmələrin sosial şəbəkəyə giriş qadağasından sonra 4,7 milyon hesab deaktiv edilib
Next: Tramp Qəzzanın idarə olunması üçün “Sülh Şurası”nın yaradıldığını elan edib

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.