Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 16
  • Nazir: Hindistanda azlıqların hüquqları sistematik şəkildə pozulur

Nazir: Hindistanda azlıqların hüquqları sistematik şəkildə pozulur

admin 16 Yanvar 2026 2 minutes read
IMG_20260116_134109
PAYLAŞIN:

Hindistanda zikhlərin və digər milli azlıqların hüquqları sistemli şəkildə pozulur.

Paraqraf.com-un məlumatına görə, bunu jurnalistlərə Pəncab hökumətinin insan hüquqları və azlıqların işləri üzrə naziri Rameş Singh Arora bildirib.

“Təəssüf ki, Hindistan tarixi əslində dövlət tərəfindən dəstəklənən oxşar hallarla doludur. Baş nazir İndira Qandinin öldürülməsindən sonra məhkəmədənkənar cəzalar və günahsız zikhlərin kütləvi şəkildə qətlə yetirilməsi haları baş verib”, – nazir qeyd edib.

O vurğulayıb ki, Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən təşkil edilən bugünkü tədbir Hindistanda insan hüquqlarının vəziyyətinə, xüsusilə zikh icması və digər dini azlıqların vəziyyətinə həsr olunub.

Nazirin sözlərinə görə, tədbirdə Kanada, Böyük Britaniya, Avropa və Pakistandan olan zikh diasporunun nümayəndələri iştirak ediblər ki, onlar təkcə zikhlərə qarşı deyil, həm də digər azlıqlara – müsəlmanlara, dalitlərə və xristianlara qarşı insan hüquqlarının pozulması məsələsini qaldırıblar.

R.Arora qeyd edib ki, son illərdə Hindistanda müsəlmanların, həmçinin xristianların təzyiqə məruz qalması halları artıb.

O əlavə edib ki, zikh icması 1984-cü il hadisələri ilə bağlı ədaləti, həmçinin onilliklər boyunca müvafiq məhkəmə araşdırması olmadan həbsdə olan şəxslərin azad edilməsini tələb edir.

R.Arora, həmçinin BTQ-nin fəaliyyətini yüksək qiymətləndirib, insan hüquqları mövzusuna diqqət göstərdikləri üçün onun rəhbərliyinə, Azərbaycan xalqına və media nümayəndələrinə təşəkkürünü bildirib.

Paraqraf.com 

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Abbas Abbasov: Bugünkü konfrans zikhlərin üzləşdiyi qətliamları, vəhşilikləri göstərəcək
Next: Bakıda yük avtomobili ilə motosiklet toqquşub, Rusiya vətəndaşı ölüb

OXŞAR MÖVZULAR

0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.