Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İranda çevriliş Güney Azərbaycana nə vəd edir?
SİYASƏT

İranda çevriliş Güney Azərbaycana nə vəd edir?

16 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

İranda baş verən hadisələri soyuqqanlı şəkildə təhlil etməli, proseslərin inkişafının mümkün ssenarilərini modelləşdirməliyik. Ancaq bundan öncə bir gerçəkliyi qəbul etməliyik ki, İran ən yaxın zamanlarda daha “islam respublikası” olmayacaq, teokratik sistem aradan qaldırılacaq. Proseslərin gələcəkdə necə inkişaf etməsi teokratik sistemin aradan necə qaldırılmasına sıx bağlıdır. Odur ki, mümkün variantlardan birini nəzərdən keçirək. Mən mütləq belə olacaq demirəm, amma belə olacağı təqdirdə hadisələr necə inkişaf edə bilər onu modelləşdirirəm.

Bu gün başda ayətullah Xəmneyi olmaqla İran elitasında hər kəs başa düşür ki, molla hakimiyyətini saxlamaq mümkün deyil. Necə ki, SSRİ-nin dağılması ərəfəsində Kommunist Partiyası iflasa uğramışdı, eləcə də İranda “molla partiyası” çürüyüb. Belə bir vəziyyətdə İranın güc struklarının içindən “mollalar getsin, dövlət/respublika qalsın” niyyəti önə çıxa bilər. Bir gecənin içində çevriliş edə, Xəmneyini kənarlaşdıra, dini sistemi aradan qaldıra bilərlər. Onlara şərti olaraq “fars respublikaçıları” (FR) deyək, aralarında Azərbaycan kökənli generallar-filan ola bilər, amma vitrində nümayiş üçün.

FR-lər hakimiyyətə əl qoyduqdan bir müddət sonra konstitusiya islahatlarına getməlidirlər. Bu, qaçılmazdır. İslahatlar zamanı Güney Azərbaycandakı soydaşlarımıza müasir beynəlxalq hüquqda nəzərdə tutulan bütün sosial, iqtisadi, siyasi, mədəni və s. hüquqları verməlidirlər. Verəcəklərmi? Xeyr! Çünki bir fars respublikaçısı üçün Güney Azərbaycan kimi spesifik bölgənin əhalisinə dil və siyasi hüquqlar vermək dövlətin unitarlığı üçün təhdid sayılır.

Başqa sözlə, Konstitusiya müzakirələrində FR üçün 3 qırmızı xətt olacaq:

  • Federalizm- qəti qadağa!
  • Rəsmi dilin çoxluğu- qəti qadağa!
  • Milli bölgələr üçün siyasi özünüidarə- qəti qadağa!

Qadağalar qarşısında qalan Güney Azərbaycan bu hüquqları əldə etmək üçün yeni məşrutə hərəkatına başlayacaq, konstitusiya referendumu boykot ediləcək və s.

Bu İranda yeni böhran meydana çıxaracaq. Belə ki, mollalar legitimliyi “din”dən alırdısa, FR-lər “xalq”dan almalıdır. Lakin “xalq” çoxmillətlidir və bu millətlərdən yetərincə böyük biri hüquqi subyekt olmaq istəyir. Bu istəyin qarşısını FR-lər ancaq Güney Azərbaycanı hərbi güclə ram etməklə ala bilər ki, o zaman Tehran-Təbriz qarşıdurması daha fərqli müstəviyə daşınacaq.

Kəsə desək, FR-lərin imperial dövlət modelini qoruyub saxlamaq həvəsi Güney Azərbaycana həm imkanlar, həm də risklər yarada bilər.

Taleh ŞAHSUVARLI

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“İnklüzivliyin Sirri 6” konfransı keçiriləcək

Next

Din silaha çevriləndə: Səddamdan İrana uzanan paradoks

Copyright 2026— Praqraf.com. All rights reserved