Screenshot
1980-ci illərdə Məkkədə Səddam Hüseynin Qara Daşa toxunduğu bir foto yayılmışdı. Amma bu, sadəcə dini bir jest deyildi. O toxunuşla həm bölgəyə, həm də öz ölkəsinə mesaj verirdi.
Həmin illərdə İraqın daxilində gizli və açıq şəkildə şiə-sünni qarşıdurması gedirdi. Bu parçalanmanı isə məhz özü yaratmışdı. Eyni ölkənin insanları — biri məsciddə, biri küçədə, biri səngərdə — bir-birinə düşmən edilmişdi. Həm şiələr, həm də sünnilər ölürdü.
İraqa səfərim zamanı bu həqiqətlər açıq şəkildə danışılırdı. Təkcə adına görə öldürülə bilərdin. Adın şiə adı idisə, sünnilər səni qətlə yetirə bilərdi; sünni adı idisə — əksinə.
Bu fotoda Səddamın Qara Daşa toxunması, əslində, ölkə daxilində dərinləşən dini parçalanmanı görünməz etmək cəhdi idi. Yəni “mən müsəlmanam, mən İslamı qoruyuram” mesajı ilə öz idarəçiliyini legitimləşdirməyə çalışırdı.
Amma burada bir paradoks var.
Din insanları birləşdirmək üçündür.
Din həm də insanın vicdanıdır.
Əgər din siyasətdə, hakimiyyətdə, orduda silaha çevrilirsə; əgər təriqət adı ilə insanlar öldürülürsə; əgər şiə, sünni, əhli-beyt, şəhid şüarları cəmiyyəti susdurmaq üçün istifadə olunursa — artıq dini idarə edən lider deyil.
Bu gün İranın daxilində də eyni həqiqət görünür. İnancdan, əxlaqdan, müqəddəslikdən danışılır. Amma küçələrdə qan axanda, gənclər, qadınlar, günahsız insanlar öldürüləndə din bəhanə olaraq silaha çevrilir.
Belə olan halda uduzan təkcə idarəçi olmur — bütün xalq uduzur. Bu qədər insan ölməməli idi. Artıq geriyə dönüşü olmayan bir yoldur.
ABŞ İranda xüsusi əməliyyat keçirsə, Azərbaycan azərbaycanlıları 12 günlük müharibədə olduğu kimi yenə qoruyacaq.
Bəli, dünyada dindən daha güclü ideologiya yoxdur.
Din insanın yanında olanda — gücdür.
Din hakimiyyət alətinə çevriləndə — dağıdıcıdır.
Və din adı ilə insan ölürsə, lider artıq məqsədinə çatmayıb — əksinə, məğlub olub.
Vəfa Həmzəyeva
Paraqraf.com
![]()
