Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 15
  • Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

admin 15 Yanvar 2026 2 minutes read
WAJFwx4QMEQPfjJbLOMY2lyL1hhFZzStr91tK86G_825
PAYLAŞIN:

Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib.

Bu barədə Paraqraf.com-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

​Bildirilib ki, “Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.

Mərkəzdə “ASAN xidmət” standartları, ASAN könüllük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.

Mərkəzin girişində isə Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.

Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ​”Pakistan ASAN xidmət” mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib.

Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla “ASAN xidmət” modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə – İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstandan sonra Pakistanda da “ASAN xidmət” modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir.

Paraqraf.com 

Loading

Visited 13 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda 7 vəkilə xəbərdarlıq edilib
Next: Qarabağ və Şərqi Zəngəzurdakı 8 məscidə kitablar təqdim edilib

OXŞAR MÖVZULAR

zppy1uhdtdw57yuucihop652i5herjohujhg1vuz_1200

Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub

admin 24 Aprel 2026
4UX3i1VtKO0pEdKvh2Z3wFEXJ9J6X28t3LqtgowU_1200

Hərbi Prokurorluq və Milli Müdafiə Universiteti arasında memorandum imzalanıb

admin 24 Aprel 2026
d443bbc5-d812-3471-bbbd-5890cf6743dd_1200

İkinci Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif edilmiş şəxslərə maddi yardım veriləcək

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub IMG_20260424_142726

TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub

24 Aprel 2026
Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb 47b19b84-23ed-3c2b-978e-bfae3afe79d1_1200

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

24 Aprel 2026
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb 03159a8c-50eb-30f7-bbe5-fdd9ff7666d6_1200

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 29 % artıb

24 Aprel 2026
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub zppy1uhdtdw57yuucihop652i5herjohujhg1vuz_1200

Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub

24 Aprel 2026
Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb t7nKIlymyp6NTfEIAa6NNO3ugK1VbhQqXLKXj0ic_1200

Azərbaycan pambıq lifi ixracından gəlirini 44 %-ə yaxın artırıb

24 Aprel 2026
XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır T3kHAuNjFZGCZTbrAbTDj375MACzXQpOEvxYjUpC_1200

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.