Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Şahbaz Şərif İlham Əliyevə təşəkkür edib
SİYASƏT

Şahbaz Şərif İlham Əliyevə təşəkkür edib

15 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsində ilk “ASAN xidmət” mərkəzinin açılışına dəstək verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Paraqraf.com Pakistan mediasına istinadən xəbər verir ki, Baş nazir bunu bu gün mərkəzin açılış mərasimində deyib.

Hökumət başçısı “ASAN xidmət”i vətəndaşyönümlü idarəetmə, dövlət xidmətlərinin keyfiyyətinin artırılması və biznes fəaliyyətinin sadələşdirilməsi istiqamətində mühüm addım adlandırıb.

Onun sözlərinə görə, mərkəz Milli Məlumat Bazası və Qeydiyyat İdarəsi (NADRA), Xarici İşlər Nazirliyi, polis, Federal Vergi İdarəsi və digər qurumlar da daxil olmaqla bir sıra dövlət strukturlarını bir mərkəzdə birləşdirir ki, bu da xidmətləri effektiv, şəffaf və vətəndaşlar üçün rahat formada təqdim etməyə imkan verir.

Ş.Şərif qeyd edib ki, Pakistan mərkəzinin əməkdaşları Azərbaycanda təcrübəli təlimçilərin rəhbərliyi altında ixtisaslaşdırılmış təlim keçiblər. O əlavə edib ki, nəzakət, peşəkarlıq və xeyirxahlıq dövlət xidmətinin standartına çevrilməlidir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Nazir: Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi reallaşacağını görməyi arzulayır

Next

Gecə və səhər saatlarında yollar qardan və buzdan təmizlənib – VİDEO

Copyright 2026— Praqraf.com. All rights reserved