İtaliyanın “Roma” klubu Fransanın “Marsel” komandasından hücumçu Robinyo Vazı transfer edib.
Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı paytaxt təmsilçisinin mətbuat xidməti yayıb.
18 yaşlı fransalı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Transfermarkt” portalı onun dəyərini 10 milyon avro qiymətləndirir. Robinyo Vaz 2025/2026 mövsümündə keçirdiyi 10 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
