Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 15
  • Petro Trampla görüşünün tarixini açıqlayıb

Petro Trampla görüşünün tarixini açıqlayıb

admin 15 Yanvar 2026 2 minutes read
ba1b42bb-7ff6-3364-aff1-ca5003fe237d_825
PAYLAŞIN:

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ lideri Donald Tramp ilə görüşünün fevralın 3-də baş tutacağını bildirib.

Paraqraf.com xəbər verir ki, Petro bu barədə Nazirlər Kabinetinin iclası zamanı bəyanat verib. İclas Kolumbiya hökumətinin “YouTube” kanalı vasitəsilə canlı yayımlanıb.

“Respublikanın Nazirlər Şurası narkotik vasitələrin qanunsuz dövriyyəsi mövzusunu nəzərdən keçirir. Bu məsələ, belə demək mümkünsə, Birləşmiş Ştatlar və Kolumbiya arasında, hökumətlər və prezidentlər arasında mübahisələri kəskinləşdirib və nəticədə fevralın 3-də Tramp ilə görüş imkanının yaranmasına səbəb olub. Görək bu görüşün nəticələri necə olacaq, çünki o həlledici əhəmiyyət kəsb edir”, – deyə Petro bildirib.

Prezidentin sözlərinə görə, onun əsas vəzifəsi ölkədə sosial və iqtisadi sabitliyi təmin etmək olaraq qalır. O vurğulayıb ki, hakimiyyət ictimai asayişi qorumağa və Trampın ritorikasının respublika əhalisi üçün mənfi nəticələr doğurmasına imkan verməməyə çalışır.

Qeyd edək ki, Tramp yanvarın 3-də ABŞ-nin Venesueladakı hərbi əməliyyatı ilə əlaqədar bəyan etmişdi ki, Petronun ünvanına səsləndirdiyi xəbərdarlıqlar qüvvədə qalır. Vaşinqton administrasiyasının rəhbəri əvvəllər Kolumbiya Prezidentini narkotik istehsalını stimullaşdırmaqda ittiham etmişdi. O vurğulamışdı ki, əgər ölkə rəhbərliyi narkotrafiklə mübarizəni gücləndirməsə, ABŞ Kolumbiyaya qarşı güc tətbiq edə bilər. Daha sonra o, kolumbiyalı həmkarı ilə Ağ Evdə görüşəcəyini anons etmişdi.

Paraqraf.com 

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İrandakı etirazlarda ölənlərin sayı 2 600-ü keçib, 18 mindən çox nümayişçi saxlanılıb
Next: Tramp Rza Pəhləvinin İrana rəhbərlik edə biləcəyinə şübhə ilə yanaşıb

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.