Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 15
  • Pakistanda ilk ASAN Xidmət mərkəzi fəaliyyətə başlayıb

Pakistanda ilk ASAN Xidmət mərkəzi fəaliyyətə başlayıb

admin 15 Yanvar 2026 4 minutes read
616001832_1297061012450287_171858246322184302_n
PAYLAŞIN:
14 yanvar 2026-cı il tarixində Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
​
​Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası əsasında yaradılan mərkəz barədə məlumat verilib. Bildirilib ki, 2025-ci ilin 10 sentyabr tarixində Pakistan İslam Respublikasının Baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” təcrübəsinin Pakistanla paylaşılması istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.
​“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.
Mərkəzdə “ASAN xidmət” standartları, ASAN könüllülük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.
Mərkəzin girişində Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.
Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ​“Pakistan ASAN xidmət” mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib.
Baş nazir Məhəmməd Şahbaz Şərif “ASAN xidmət” modelinin Pakistanda tətbiqinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib. O, “ASAN xidmət”i dövlət xidmətlərinin göstərilməsində mütərəqqi və innovativ bir model kimi qiymətləndirib və bu modelin Pakistanda geniş şəkildə tətbiq olunacağını vurğulayıb.
Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla “ASAN xidmət” modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə – İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstandan sonra Pakistanda da “ASAN xidmət” modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir.
Pakistan dünyanın ikinci ən böyük müsəlman ölkəsidir və bu baxımdan “ASAN xidmət” modelinin burada tətbiqi həm strateji tərəfdaşlıq baxımından, həm də eyni dəyərləri bölüşən ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Açılış mərasimində Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov və ölkəmizin Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak ediblər.
Возможно, это изображение один или несколько человек и текст "PAKISTAN AND AZERBALIAN FRIENDSHIP WALL "The 'Pakistan ASAN Khidmat' center is a bright example of the friendly and brotherly relations existing between Azerbaijan and Pakistan." Ilham Aliyev President of the Republic of Azerbaijan የርማማጣባባባማጣጣርላባ"
Возможно, это изображение текст
Возможно, это изображение текст
Paraqraf.com

Loading

Visited 14 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığı mövzusunda elmi-praktik konfrans keçirilib
Next: Ağdaşda hesabat yığıncağı keçirildi – Fotolar

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.