Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ və Venesuela liderləri milli təhlükəsizlik məsələlərini müzakirə edib
DÜNYA

ABŞ və Venesuela liderləri milli təhlükəsizlik məsələlərini müzakirə edib

15 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ lideri Donald Tramp Venesuelada prezident səlahiyyətlərini icra edən Delsi Rodriqes ilə neft, faydalı qazıntılar, ticarət və milli təhlükəsizlik məsələlərini müzakirə etdiyini bildirib.

Paraqraf.com xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Venesuelanın sabitləşməsinə və bərpasına dəstək göstərdiyimiz müddətdə böyük irəliləyiş əldə edirik. Biz bir çox mövzuları, o cümlədən neft, faydalı qazıntılar, ticarət və təbii ki, milli təhlükəsizlik məsələlərini müzakirə etdik”, – deyə Tramp qeyd edib və Rodriqes ilə söhbətinin “çox yaxşı” keçdiyini vurğulayıb.

Venesuela lideri isə, öz növbəsində, söhbətin “qarşılıqlı hörmət mühitində” və “məhsuldar” keçdiyini bildirib.

“Söhbət zamanı xalqlarımızın rifahı naminə ikitərəfli iş gündəliyini, həmçinin hökumətlərimiz arasındakı münasibətlərdə həllini tapmamış məsələləri müzakirə etdik”, – deyə o, sosial şəbəkədə qeyd edib.

Daha sonra “Reuters” agentliyinə verdiyi müsahibədə Tramp Venesuelaya səfər etmək niyyətindən danışıb və Rodriqesin ABŞ-yə səfərinin mümkünlüyünü istisna etməyib.

“Güman edirəm ki, o nə vaxtsa (ABŞ-yə) gələcək, mən də onların ölkəsinə gedəcəyəm”, – deyən Tramp Rodriqeslə “iş görməyin çox xoş olduğunu” əlavə edib.

Ağ Ev rəhbəri bu planların yaxın gələcəyə aid olmadığını başa salıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İran sanksiyaların ləğvi müqabilində nüvə proqamında güzəştə gedə biləcəyini açıqlayıb

Next

Tramp Rusiya-Ukrayna müharibəsinin uzun sürməsinin səbəbini açıqlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved