Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 14
  • WUF13-ün Könüllülük Proqramının müsahibə mərhələsi başlayıb

WUF13-ün Könüllülük Proqramının müsahibə mərhələsi başlayıb

admin 14 Yanvar 2026 3 minutes read
JOifj8lmNi2NhPNl4nMb91rK5vlGTq7iCvy4SYTb_825
PAYLAŞIN:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində həyata keçirilən Könüllülük Proqramı üzrə müsahibə mərhələsinə start verilib.

Paraqraf.com xəbər verir ki, proqrama qatılmaq üçün müraciət edən 16 min namizəd arasından ilkin seçim mərhələsini uğurla keçən təxminən 10 min nəfərin müsahibələrə dəvət olunması nəzərdə tutulur. Ümumi müraciətlərin təxminən 1500-nü xarici ölkə vətəndaşları edib.

Müsahibə mərhələsi WUF13 çərçivəsində peşəkar, məsuliyyətli və yüksək motivasiyaya malik könüllü heyətin formalaşdırılması istiqamətində mühüm addım hesab olunur. Bu mərhələnin əsas məqsədi namizədlərin bilik və bacarıqlarını, ünsiyyət və komanda işi üzrə hazırlıq səviyyəsini, eləcə də motivasiyalarını qiymətləndirməkdir.

Müsahibələr mərhələli şəkildə keçiriləcək və seçim prosesi şəffaf, obyektiv və ədalətli prinsiplər əsasında aparılacaq.

Bu mərhələni uğurla başa vuran namizədlər təlim proqramına cəlb ediləcəklər. 2026-cı ilin yanvar–aprel aylarını əhatə edəcək bu proqram üç əsas istiqamət üzrə hazırlanıb. Buraya ümumi məlumatlandırma, iş bölgüsü və məkan üzrə hazırlıq daxildir. Təlimlər könüllülərin Forum müddətində öz vəzifələrini effektiv və peşəkar şəkildə icra etmələrinə imkan yaradacaq. Təlim proqramını uğurla tamamlayan 2500 könüllü Ümumdünya Şəhərsalma Forumunun müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərəcək.

WUF13 könüllüləri tədbir müddətində qonaqların qarşılanması və qeydiyyat prosesinə dəstək göstərilməsi, informasiya xidmətlərinin təşkili, sessiya və sərgi məkanlarında təşkilati işlərə yardım, mədəni proqramların koordinasiyası və digər mühüm istiqamətlər üzrə cəlb olunacaqlar.

Könüllülük Proqramı gənclərin bilik və bacarıqlarının inkişafına, beynəlxalq təcrübə qazanmasına və çoxmədəniyyətli mühitdə əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu il mayın 17-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək. WUF13 hər kəs üçün açıq beynəlxalq platformadır və tədbirdə iştirak ödənişsizdir. WUF13-ə qatılmaq üçün qeydiyyat prosesi ötən ilin sentyabr ayından etibarən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəsmi internet səhifəsi vasitəsilə həyata keçirilir.

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İlham Əliyev Ağdərə sakinləri ilə görüşündən paylaşım edib
Next: Ağdərənin Çıldıran kəndində iki transformator, elektrik və qaz xətləri bərpa edilib

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.