Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 14
  • Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi builki hədəflərini müzakirə edib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi builki hədəflərini müzakirə edib

admin 14 Yanvar 2026 3 minutes read
YvkvuzipI9ocbvbCiGz1MHxSzpBkQ4QVTH26mVEh_825
PAYLAŞIN:

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının 2025-ci il üzrə fəaliyyətinə dair hesabatında cari ilin plan və hədəfləri müzakirə edilib.

Paraqraf.com xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra Mərkəzin icraçı direktoru Samir Mahmudov ötən il üzrə qurumun fəaliyyəti, o cümlədən işinin təşkili istiqamətində görülən tədbirlər və əldə olunan nəticələr barədə iclas iştirakçılarına ətraflı məlumat verib.

S.Mahmudov bildirib ki, Mərkəz hesabat dövründə nizamnaməsinə uyğun olaraq normativ hüquqi aktların keyfiyyətinin artırılması, hüquqi akt layihələrinin hazırlanması, hüquqi ekspertizanın aparılması, hüquqi rəylərin verilməsi, habelə dövlət qurumları əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi normayaratma fəaliyyətində vahid yanaşmanın təmin edilməsi və normativ hüquqi aktların keyfiyyətinin artırılması məqsədilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Normayaratma” adlı kitab, həmçinin, “Publik hüquqi şəxslər haqqında” qanunun elmi-praktiki kommentariyasını nəşr edib.

Bundan sonra, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ötən il ərzində görülmüş işlər və qarşıdakı planlar haqqında ətraflı məlumat verərək bu müddət ərzində mərkəzi icra hakimiyyəti orqanları və Milli Məclis, məhkəmə və prokurorluq orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, habelə müxtəlif institutlar və akademiyaların əməkdaşları üçün təlimlərin keçirildiyini qeyd edib. Sədr hazırladıqları virtual kitabxanadan istifadəçilər tərəfindən müxtəlif kontentin əldə edildiyini də bildirib. Habelə hesabat dövrü ərzində İnstitutun üç kitab çap etməsi, habelə bir sıra normativ hüquqi aktların insan hüquqları ekspertizasını həyata keçirməsi ilə bağlı da məlumat verib.

İclasda Mərkəzin və İnstitutun 2025-ci il üzrə fəaliyyətinə dair hesabatında qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, cari il üçün planlar və hədəflər müzakirə edilib. Sonda Müşahidə Şurasının üzvləri hesabatı qənaətbəxş sayıb.

Paraqraf.com 

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Dövlət Vergi Xidmətinin müvəqqəti saxlama yerinə başçəkmə keçirilib
Next: Dövlət Xidməti Yevlaxda gənclər üçün tədbirlər keçirib

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.