Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 13
  • Samir Şərifov Vyanada “Türk həftəsi”nin açılışında iştirak edib

Samir Şərifov Vyanada “Türk həftəsi”nin açılışında iştirak edib

admin 13 Yanvar 2026 4 minutes read
2hW1PCh7rYhR8bk6on8rQ9WYjZreUlspn0hmsGFr_825
PAYLAŞIN:

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Avstriyanın Vyana şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) və təşkilata üzv dövlətlərin BMT-nin Vyana Ofisindəki nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Türk həftəsi”ndə iştirak edib.

Paraqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Türk həftəsi” yanvarın 12-15-də keçirilir və bu tədbir BMT-nin Vyana Bölməsində “İpək yolu üzərində türk dünyası” adlı sərginin təntənəli açılış mərasimi ilə başlayıb.

Azərbaycanın Vyanada yerləşən Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş sərginin açılış mərasimində TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, BMT-nin Vyana bölməsindəki bir sıra beynəlxalq təşkilatların rəhbər şəxsləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib.

Açılış mərasimində TDT-yə hazırda sədrlik edən ölkə – Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Samir Şərifov çıxış edərək TDT-də Azərbaycanın sədrliyinin prioritetləri haqqında məlumat verib, adıçəkilən təşkilatın yaradılması məqsədilə imzalanmış Naxçıvan sazişindən, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 12-ci Zirvə görüşündə imzalanmış Qəbələ Bəyannaməsindən, habelə Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş bəyannamənin mahiyyətindən bəhs edib.

O, türk dövlətlərinin əməkdaşlığının iqtisadi potensialına toxunaraq “Orta Dəhliz”in şərqlə qərb arasında oynadığı rolu vurğulayıb. S.Şərifov çıxışı çərçivəsində, həmçinin türk dövlətləri arasında mədəniyət, elm və təhsil sahəsində əməkdaşlığın aktual məsələlərinə toxunaraq ortaq türk mədəni irsinin və dilinin öyrənilməsinə həsr edilmiş ilk Türkoloji Qurultayın 100 il öncə Bakıda keçirildiyini və cari ildə 2-ci Türkologiya Konqresinin də Bakıda keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Sərginin açılışı zamanı Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbek Ömüralıyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNDOC), BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) rəhbər şəxsləri də çıxış ediblər.

Sərgidə türk xalqlarının zəngin mədəni irsini və qədim tarixini özündə əsk etdirən fotolar və eksponatlar nümayiş etdirilib.

Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin müavini Samir Şərifov və TDT Baş Katibi Kubanıçbek Ömüralıyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) baş direktoru Rafael Mariano Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktor müavini Driss El-Hadani və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini Fatu Haydara ilə görüşüb, TDT ilə bu təşkilatlar arasında potensial əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan əlavə, “Türk həftəsi” çərçivəsində ATƏT-in mənzil qərargahında “İpək Yolundan Orta Dəhlizə: Nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə əlaqəliliyin təşviqi” adlı dəyirmi masanın, türk dövlətlərinin mədəniyyət nümayəndələrinin iştirakı ilə qala konsertin və TDT-nin diaspora potensialının artırılması üzrə üçüncü təlim proqramının keçirilməsi nəzərdə tutulur.

Paraqraf.com 

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bakı və Tokio ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib
Next: Budapeştdə Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində prioritetləri müzakirə edilib

OXŞAR MÖVZULAR

iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

admin 24 Aprel 2026
PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

admin 24 Aprel 2026
zIXo6wU0HfMh2TOjhxwoAD8zNnEKdSiMgjcn58mM_1200

Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir” IMG_5918

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

24 Aprel 2026
Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub

24 Aprel 2026
Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.