Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Peşə təhsilində yeni addım: “Tələbə gənclər təşkilatı layihəsi”
MANŞETÖZƏL

Peşə təhsilində yeni addım: “Tələbə gənclər təşkilatı layihəsi”

13 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Bu gün Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində bir layihə çərçivəsində qruplarda tələbələrlə görüş keçirildi. Layihənin əsas məqsədi mərkəzdə Tələbə Gənclər Təşkilatının yaradılmasıdır.

I və II kurslar üzrə təhsil alan tələbələrlə görüşlər keçirilmiş, istedadlı gənclərin aşkar olunmasına başlanılmışdır. Görüşlər zamanı hər bir tələbə öz fikir və bacarıqlarını ifadə etmişdir. Nəticədə musiqi, dərzilik, idman, rəssamlıq, aktyorluq, gözəl səsə malik olan, şeir deyən və heykəltəraşlıq qabiliyyəti olan şagirdlər müəyyən edilərək siyahıya alınmışdır.

Aparılan müşahidələr gözlənilməz və sevindirici nəticə vermişdir. Məlum olmuşdur ki, demək olar, hər bir tələbə öz daxilində müəyyən istedad daşıyır. Şagirdlərə bu bacarıqları inkişaf etdirə biləcəkləri bildirildikdə, onlar bu işə daha böyük həvəs və sevgi ilə yanaşmış, öz üzərlərində çalışmaq və inkişaf etmək istəklərini ifadə etmişlər.

Bu layihə olduqca effektivdir. Layihə həyata keçirildiyi təqdirdə şagirdlər öz fəaliyyətlərini daha sevərək icra edəcək, eyni zamanda zərərli vərdişlərdən uzaq qalacaqlar. Tələbə Gənclər Təşkilatı qurulduqdan sonra peşə təhsili daha da inkişaf edəcək, tələbələr müxtəlif tədbirlərdə fəal iştirak edərək öz potensiallarını nümayiş etdirəcəklər.

Bu fəaliyyətlər tələbələrə əlavə stimul verəcək, onların həyatda yeni nailiyyətlər əldə etməsinə, inkişaf səviyyəsinin yüksəlməsinə və yeni kadrların formalaşmasına səbəb olacaqdır. Tələbələrin məqsədyönlü düşünməsi və gələcək uğurları üçün mübarizə aparması əsas hədəflərdən biridir.

Biz müəllimlər üzərimizə düşən məsuliyyəti dərk etməli, hər bir şagirdin uğurunun gələcəkdə yüzlərlə şagird üçün nümunə olacağını unutmamalıyıq. Bu yolda dayanmadan çalışmalı, öyrənməli və öyrətməliyik. Hər bir kadr bizim üçün dəyərlidir. Vətənimizin inkişafı və bayrağımızın daim ucalarda dalğalanması naminə əzm və qətiyyətlə fəaliyyət göstərməliyik. Bizim mübarizəmiz hər bir insanın uğurlu həyata atdığı addımdır.

 

Layihənin ideyası və ərsəyə gəlməsi:
Tural Məmmədov – Mərkəzin direktoru
Ülkər Lətifova – Mərkəzin psixoloqu
Elçin Ağasiyev – müəllim, qrup rəhbəri

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ərinin qətlini sifariş etməkdə təqsirləndirilən qadına və digərlərinə hökm oxunub

Next

Yutub tarixində ən uzunmüddətli video – 140 ildən çox davam edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved