Seysmoloqlar Kuril adaları yaxınlığında 5,6 maqnitudada zəlzələ qeydə alıblar.
Paraqraf.com-un məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib.
Təbiət hadisəsi hiss olunub.
Zəlzələ Saxalin vaxtı ilə saat 11:34-də (Bakı vaxtı ilə saat 04:34) qeydə alınıb. Zəlzələ ocağı dəniz dibinin 49 kilometr dərinliyində, episentri isə Severo-Kurilsk şəhərindən 194 kilometr cənubda yerləşib.
Yeraltı təkanların Severo-Kurilskdə 2 maqnitudada hiss olunduğu güman edilir.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
