Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Vüqar Qocayev: Qızıl yaxın aylarda 4 700 dollara qədər arta bilər
İQTİSADİYYATMANŞET

Vüqar Qocayev: Qızıl yaxın aylarda 4 700 dollara qədər arta bilər

12 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Son günlər qlobal bazarlarda baş verən qeyri-müəyyənliklər və geosiyasi gərginliklər qızılın qiymətinə birbaşa təsir göstərir. Təhlükəsiz investisiya aləti kimi dəyərləndirilən qızıl həm beynəlxalq, həm də yerli bazarlarda bahalaşmaqdadır.

Hazırda 999,9 əyarlı qızılın bir qramı təxminən 250 manat, 750 əyarlı qızıl 187 manat, 585 əyarlı qızıl isə 146 manat civarında təklif olunur. COMEX birjasında isə fevral tədarükü üzrə qızıl fyuçersləri 4 505 ABŞ dolları/unsiya səviyyəsinə yüksəlib, spot bazarda qiymət 4 506 ABŞ dollarını ötüb.

İqtisadçı-alim Vüqar Qocayev Paraqraf.com-a açıqlamasında bildirib ki, hazırkı şəraitdə qızılın qiyməti daha da arta bilər:

“Beynəlxalq gərginliklər və maliyyə bazarlarındakı volatillik qızılı investorlar üçün cazibədar edir. Əgər qlobal iqtisadi qeyri-müəyyənlik davam edərsə, qızılın qiyməti yaxın aylarda 4 600–4 700 ABŞ dolları/unsiya səviyyəsinə yüksələ bilər. Lakin bu, qısa müddətli qiymət tendensiyasıdır və bazarda dəyişkənlik həmişə nəzərə alınmalıdır. Yaerli bazarlarda da qiymət artımı müşahidə ediləcək, çünki manatla hesablamada USD/MXN məzənnəsinin dəyişməsi və daxili tələbin yüksəlməsi qızıl bazarına təzyiq göstərir. Qısaca, qızıl investorlar üçün hələ də “təhlükəsiz liman” rolunu oynayır və qiymət artımı geosiyasi və monetar risklərin davam etməsi fonunda proqnozlaşdırılır”.

Ləman

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Paula Pinho: “Ukraynada sülhün tək bir şəxsə…”

Next

1942-ci il – Stalingrad uğrunda Sovet ordusunun hazırlıqları

Copyright 2026— Praqraf.com. All rights reserved