Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 11
  • Şahın bayrağı, yoxsa dünyəvilyin rəmzi?

Şahın bayrağı, yoxsa dünyəvilyin rəmzi?

admin 11 Yanvar 2026 4 minutes read
615081694_25834205646210586_3320978018359363757_n
PAYLAŞIN:

İranda baş verən kütləvi etiraz aksiyaları zamanı üzərində şir və günəş təsviri olan bayrağın qaldırılması Məhəmməd Rza Şah Pəhləvi hakimiyyətinin bərpasına çağırış kimi təqdim edilib. Bəzi media orqanları və siyasi müşahidəçilər bu hadisəni “Şah dövrünün bayrağının qaldırılması” kimi şərh edib. Hazırkı dövlət bayrağının çıxarılaraq yerinə 1979-cu il İslam inqilabından əvvəl mövcud olmuş bayrağın asılması bəzi kütlədə Rza Pəhləvinin hakimiyyətə gəlməsini istəməsi barədə yanlış təsəvvürlər yaradıb.

Əslində, yaşıl, ağ və qırmızı rənglərdən ibarət, üzərində şir və günəş təsviri olan bayraq yalnız Pəhləvilər dövrünə aid deyil. Bu bayraq 1794–1925-ci illərdə Qacarlar dövlətinin rəmzi olub. 1925-ci ildə İran dövlətinin yenidən təşkili zamanı bayraq dəyişdirilməyib. Bunun səbəbi farsların Qacarlar dövləti ilə əlaqələrini öz tarixi kontekstlərində göstərmək cəhdi olub. Qacarların bayrağındakı simvollar isə əsasən Səfəvilər dövlətindən götürülüb, buna görə də bəzi mütəxəssislər bu bayrağın tarixini Səfəvilərə aid edirlər. Beləliklə, bayraq farslarla birbaşa əlaqəli deyil.

1979-cu il İslam inqilabından sonra İranda siyasi rejim dəyişsə də, bayrağın üzərindəki şir təsviri çıxarılaraq yerinə ərəbcə “Allah” yazılması qərarı da tarixdən qaynaqlanır. Qacarlar türk dövləti olub və şir təsviri panfarsist İran hakimiyyəti ilə əlaqəli deyil.

Tarixi mənbələr göstərir ki, Qacarlar dövründə bayrağın iki əsas forması olub:

  1. Ağa Məhəmməd Şah Qacarın hakimiyyəti dövründə bayraq qırmızı rəngdə olub, ortasında günəş rəmzi olan sarı dairə içərisində belində günəş olan aslan təsviri yer alıb. Günəşin 12 şəfəqli zolağı isə 12 imamın rəmzini əks etdirir və Səfəvilər dövlətinin ideologiyasından qaynaqlanır.

  2. Ağa Məhəmməd Şahdan sonra bayraq dəyişdirilib və yaşıl, ağ və qırmızı rənglər üzərində əlində qılınc tutmuş və belində günəş olan aslan təsviri yerləşdirilib.

Bu gün İranda etiraz aksiyalarında xalq yenidən Qacarlar dövlətinin bayrağını qaldırır. Qacarlar dövlətinin gerbində də eyni təsvir, yəni əlində qılınc tutmuş və belində 12 zolaqlı günəş olan aslan yer alıb.

Нет описания фото.

Qeyd edək ki, eyni təsvir vaxtilə İrəvan xanlığının bayrağında da olub. Bu, İrəvan xanlığının Rusiya tərəfindən işğalından əvvəl Azərbaycan Qacarlar dövlətinin tərkibində olmasından qaynaqlanır. Sonralar Azərbaycan ərazisində süni Ermənistan dövləti yaradıldıqda ermənilər şir təsvirini oğurlayaraq öz gerblərinə daxil ediblər. Buna görə son illər Nikol Paşinyan hakimiyyəti şir təsvirinin Ermənistana aid olmadığını və gerbin dəyişdirilməli olduğunu bildirir.

Bugünkü hadisələr dindarlarla şahçıların qarşıdurması deyil. Burada teokratik rejimlə dünyəvilik tərəfdarları arasında mübarizə gedir. Xalq 46 illik teokratik rejimi devirmək və yenidən dünyəvi cəmiyyət qurmaq istəyir. İslam Respublikasının bayrağının yandırılması və ya əvəzlənməsi də bununla bağlıdır. Məhəmməd Rza Şahın hakimiyyəti illərində dövlət atributu kimi istifadə olunan Qacarlar bayrağı isə xalq tərəfindən İslam inqilabından əvvəlki dövrün, yəni dünyəviliyin simvolu kimi ucaldılır. Məscidlərin yandırılması da dünyəvilik tərəfdarlarının teokratik rejimə qarşı mübarizəsinin bir hissəsidir.

Нет описания фото.

Müşfiq Abdulla

Paraqraf.com

Loading

Visited 16 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Vüqar Qocayev: “Azərbaycan və İran arasında ticarət əlaqələri strateji əhəmiyyət daşıyır”
Next: Xomeyninin şahın əlini öpdüyü iddiası sosial mediada mübahisə yaratdı -FOTO

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.