Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Yanvar
  • 8
  • “Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib”

“Qardaşım oğlu bu toyu öz pulu ilə təşkil edib”

admin 08 Yanvar 2026 3 minutes read
1767860739381391182695f6a032b05a
PAYLAŞIN:

“Hər bir vəzifəli şəxs ilk növbədə özünə və ailəsinə cavabdehdir. Amma hər bir kəsin qardaşı, bacısı var. Onların hər biri ayrı-ayrı yerlərdə yaşayır və ayrı təsərrüfatdır. Bir sözlə, hər kəsin nəsli-kökü böyükdür. İnsan hər bir şəxsə necə nəzarət edə bilər ki və niyə nəzarət etməlidir ki?”

Paraqraf.com xəbər verir ki, bunu deputat Razi Nurullayev “TV Müsavat”a açıqlamasında qardaşı oğlunun Dubayda keçirilən dəbdəbəli toy mərasimi ilə bağlı müzakirələrdən danışarkən deyib.

O bildirib ki, İmişlinin Xəlfəli kəndində yaşayan iki qardaşı 80-ci illərdə anasının aldığı borc pulla Rusiyaya gediblər. Əvvəlcə Yekaterinburq şəhərində yaşayıblar, sonra isə Sankt-Peterburq şəhərinə köçüblər:

“Onlar Rusiya vətəndaşlarıdır, övladları orada doğulub, böyüyüblər. Mən onların üzünü 3-5 ildən bir görürəm. Öz həyatı, öz işi, biznesləri var. Qardaşlarım bu pulları hansı zülmlərlə qazanıblar, Allah bilir. Onların biznesləri, pulları məni maraqlandırmır, marağımda deyil. Toyu olan qardaşım oğlu bu məclisi öz pulu ilə təşkil edib. Bizneslə məşğuldur, atasının puluna ehtiyacı yoxdur. Xanımının ailəsi də imkanlıdır. Mən də bunları bilmirdim, sonradan dedilər”.

Millət vəkili qardaşı oğlunun toyunun təmtaraqlı keçirilməsindən də danışıb: 

“Toyda 50 nəfər iştirak edib. Bəyin Rusiyadan gələn dostları və qardaşımın tanıdığı insanlar iştirak ediblər. O toyda məgər Cenifer Lopez və ya Teylor Svift gəlib oxuyurdu? Orada cəmi iki müğənni olub. Halbuki Azərbaycanda ən zəif toya 10 müğənni gətirilir. Bu toyda dəbdəbə haradadır? Bunu niyə şişirdib mənə bağlayırlar ki?! Hər kəsin qazancı özünündür. Hətta bu şəxs qardaşın olsa belə, onun pulunun sənə aidiyyəti yoxdur. Qarşılıqsız sevgini, pulu insana ancaq ata və anası verə bilər. Yenə də deyirəm ki, bu toy dəbdəbəli olmayıb. Saat 5-də başlayıb və axşam 10-un yarısı bitib. İndi Azərbaycan toylarına baxaq.

Masaya qoyulan yeməklərin 80 faizi atılır. Mən həmişə buna qarşı çıxmışam. Şadlıq evlərində səs uducunun olmamasını demişəm və deyirəm də. Mən əgər gedib toy etsəm və bu toyda israfçılığa yol versəm, insanların məni qınamağa haqqı var. Amma mənim Rusiya vətəndaşı olan və orada yaşayan qardaşıma görə cavabdeh deyiləm. Qardaşıma ağıl vermək hüququm yoxdur və özümü ondan ağıllı hesab etmirəm. Mən biznes bacarsaydım, siyasətə də gəlməzdim və qulağım da sakit olardı. Qardaşımın oğlu özünə toy da edə bilər, hətta Marsa da uça bilər. Bu onun öz işidir”.

 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: AMEA-nın vəzifəli şəxslərinə cinayət işi açıldı
Next: “Razi Nurullayev öz övladına hamı kimi sadə bir toy etdi” – Qüdrət Həsənquliyev

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.