Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” komandasının yoxlama oyunlarındakı rəqiblərindən ikisi bəlli olub.
Klubdan Paraqraf.com-a verilən məlumata görə, qərb təmsilçisi yanvarın 10-da Rumıniyanın “Hermanştadt” kollektivi ilə üz-üzə gələcək.
“Turan Tovuz” növbəti görüşünü yanvarın 17-də Polşa təmsilçisi “Poqon”a qarşı keçirəcək.
Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
