Cəlilabad rayonunda qədim saxsı qablar aşkar olunub.
Paraqraf.com-un məlumatına əsasən, rayonun Şatırlı kəndindən keçən çay kənarında sakinlər tərəfindən təsadüfən iki qədim saxsı qab tapılıb.
Tarixçi Elşad Əmənovun sözlərinə görə, tapıntıların Eneolit dövrünə aid olduğu güman edilir: “Çünki həmin dövrə aid oxşar qab nümunələri mövcuddur”.
Qeyd olunub ki, tapılan qablar Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
