Cəlilabad rayonunda gənc qız dəm qazından boğularaq ölüb.
Paraqraf.com xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı yaşadığı evinin hamamında dəm qazından boğulub.
Mərhumun meyiti müayinə edilməsi üçün rayon morquna təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
