Azərbaycanın kişilərdən ibarət millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.
Bu barədə Paraqraf.com-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
O, kişi voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final oyununda iştirak edəcək.
Y.Parxomenko yanvarın 7-də Rumıniyada baş tutacaq “CSM Corona” (Rumıniya) – “Volley Şönenverd” (İsveçrə) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
